Məşhurların Novruz xatirələri: \"Papağıma mürəbbə tökmüşdülər...\"

Məşhurların Novruz xatirələri: \
 Şou-biznes nümayəndələri Novruz bayramında başlarına gələn maraqlı hadisələrdən danışıblar.

Sfera.az-ın məlumatına görə, məşhurlar "Xəzər maqazin”ə açıqlamalarında xatirələrini bölüşüblər: 

Əməkdar artist Abbas Bağırov: 

"Bir dəfə papaq atdım, gözlədim şəkərbura, paxlava qoysunlar. Amma mürəbbə tökmüşdülər papağıma”.

Aşıq Telli Borçalı: 

"Əmimgilə getdim ki, qapını pusum. 20 dəqiqə gözlədim, danışmadılar. Qulağımı lap dirədim qapıya ki, bəlkə, nəsə eşidərəm. Həmin an bibim qapını açdı, yıxıldım içəri”.

Xalq artisti Faiq Ağayev:

"Bu günümü həll edən qulaq falı olub. Tibb Universitetində oxuyurdum, incəsənətə gəlmək istəyirdim. Qərar verdim ki, gedim qulaq falına, görüm nə olacaq. Yaxınlaşdım qapıya, eşitdim deyir, gəl, gəl, səni gözləyirik. Başa düşdüm ki, məni incəsənətdə gözləyirlər”.

Müğənni Elnarə Xəlilova:

"Universitetə daxil olmağım, ailə qurmağım Novruz falında məlum olmuşdu”.

Əməkdar artist Dilarə Əliyeva: 

"Universitetdə qızlardan biri nişanlanmışdı. Konfet gətirmişdi ki, biz də qoyaq balışın altına, gələcək həyat yoldaşımızı görək. Mən də aparıb qoydum və Oqtay Əliyevi yuxuda gördüm. Həmin günə qədər heç vaxt onu həyatda belə görməmişdim”.

Xalq artisti Brilliant Dadaşova:

"Bir dəfə konsertdə gedib qapı pusdum. Dedilər, səni birdən gəlib aparacaqlar. Elə ondan sonra ərə getdim”.

Əməkdar artist Vasif Məhərrəmli:

"Tonqaldan tullananda yanmışam”.

Müğənni Nadir Qafarzadə:

"Tonqaldan tullananda bir də gördüm yanıram. Məni içi su dolu çəlləyə saldılar”.


OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...