Məşhurlar Türkiyədəki terrora etiraz etdilər: "Terroru lənətləyirik"

Məşhurlar Türkiyədəki terrora etiraz etdilər: "Terroru lənətləyirik"

Bu gün Türkiyədə baş verən terror hadisəsindən sonra məşhurlar sosial şəbəkədə kədərlərini və etirazlarını paylaşıblar.

Axşam.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, Şanlıurfanın Suruç şəhərində baş verən partlayış nəticəsində 30 nəfər ölüb, 100-dən çox adam isə yaralanıb.

Ölkənin idman, sənət və musiqi adamları isə terroru pisləyərək baş verən hadisədə dünyasını dəyişənlərin ailələrinə başsağlığı veriblər.

Cem Yılmaz:

"İnsan olan etməz" dediyimiz şey... Amma yalançı çıxırıq. Terrora lənət olsun"

Arda Turan:

"Başımız sağ olsun". Bu acı artıq son olsun. Terroru lənətləyirik".

Işın Karaca:

"Canların yanmadığı, ocaqların sönmədiyi günlərə...".

Gülben Ergen:

"Acının, ölümün, qətliamın dili, dini, rəngi, məzhəbi olamaz... Yenə kədər, yenə acı...".

Sermiyan Midyat:

"Ölülərini yarışdıranlar!
Ölümlərlə oyun quranlar!
Kimin kimi öldürdüyünə görə üzülüb sevinənlər!
Allah bəlanızı versin".

İdo Tatlıses:

"İnsan öldü" deyirəm. "Nə işləri vardı orada" deyirlər. "İnsan öldü" deyirəm", "amma kürd idi" deyirlər. İnsan öldü, insan... Bu qətliamın əmrini verənlər bunu bilsin. Onlarla gənc öldü, amma geridə qalan milyonlar arzu etdiyiniz müharibəyə icazə verməyəcək".

Atilla Taş:

"Qan ilə bəslənənlərə lənət olsun".

Alişan:

"Bayramdan sonra bu alçaq hücumu kim etdisə, Allah bəlasını versin".

Murad Boz:

"Suruçda həyatını itirənlərə Allahdan rəhmət, yaralılara şəfa diləyirəm. Terrorun dili, dini, irqi yoxdur. Lənət olsun sizə".
 
Mustafa Sandal:

"...Ümid edirəm bir daha belə xəbərlər eşitmərik".

Ebru Gündeş:

"Suruçda həyatını itirənlərə Allahdan rəhmət, yaralılara şəfa diləyirəm. Orada olan vətəndaşlarımızın təcili qan verməsi lazımdır".

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı oldu - FOTO

Heydər Əliyev Fondunun təşkilatçılığı, Azərbaycan Mədəniyyət Nazirliyi və ölkəmizin İtaliyadakı Səfirliyinin dəstəyi ilə aprelin 19-da 60-cı Venesiya Biennalesi...

İlhamə Quliyeva ilə küsülü olmalarının səbəbini açıqladı

Xalq artisti Nazpəri Dostəliyeva mərhum həmkarı, Xalq artisti İlhamə Quliyeva ilə küsülü olma səbəbini illər sonra açıqlayıb.   Sfera.az xəbər v...

Bu il Azərbaycanda 5 günəş elektrik stansiyası tikiləcək

Bu il Azərbaycanda ümumi gücü 1300 MVt olan daha 5 günəş-külək stansiyasının inşasına başlanacaq.   Bu barədə Sfera.az-a Energetika Nazirliyindən bil...

Yaponiyada həkimlər "Google"u məhkəməyə verdilər - SƏBƏB

Yaponiyada həkimlər Google-u klinikaları haqqında pis şərhlərə müdaxilə etmədiyi üçün məhkəməyə veriblər. Sfera.az xəbər verir ki, 63 həkim cümə axşamı T...

Buraxılış imtahanının nəticələri elan olundu

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 2024-cü il martın 17-də keçirilən buraxılış imtahanının nəticələri elan olunub.   Sfera.az xəbər verir ki,...

16 kənddə qaz olmayacaq

Aprelin 22-si Masallı rayonunun 16 kəndində qaz təchizatının dayandırılması planlaşdırılır.   Sfera.az-ın məlumatına görə, Masallı rayonu ərazisində ...