Məşhur reper dünyanın ən uzun ayaqqabısını yaratdı - FOTOLAR

Məşhur reper dünyanın ən uzun ayaqqabısını yaratdı - FOTOLAR
Estoniyalı reper Tommi Kaş maraqlı addım atıb.

Sfera.az xəbər verir ki, ifaçı dünyanın ən uzun idman ayaqqabısını yaratmaq üçün məşhur geyim markası ilə işbirliyi edib.

Belə ki, biri ağ, digəri qara rəngdə olmaqla bir metr uzunluğundakı ayaqqabılar reperin təklifi ilə hazırlanıb və yalnız bir dəfə istehsal olunacaq.

Tommi öz sosial şəbəkə hesabında "”Adidas”a bu təklifi edən zaman onlara qəribə gəldi. Lakin 5 aydan sonra dünyanın ən uzun ayaqqabısı ilə qarşınızdayıq”, - deyə bildirib.

Qeyd edək ki, məhdud sayda olan ayaqqabıları Rusiyadan almaq olar.
 
Türkan 
Sfera.az

OXŞAR XƏBƏRLƏR