Məşhur professordan valideynlərə müraciət: \"Övladınıza vaksin vurdurmaqdan qorxmayın\"

Məşhur professordan valideynlərə müraciət: \
Türkiyədə ənənəvi təhsilin bərpası ilə əlaqədar 12-15 yaşlı yeniyetmələrin vaksinasiyasına başlanılıb.

Sfera.az "Posta"ya istinadən xəbər verir ki, Ege Universitetinin Uşaq sağlamlığı və xəstəlikləri fakültəsinin dekanı, professor Zafer Kurugöl vaksinasiya ilə bağlı narahatlığa aydınlıq gətirib.

"Son günlərdə COVID-19 səbəbindən reanimasiyada qalan uşaq xəstələrinin sayında artım var. İndi əlimizdəki ən vacib silah peyvənddir. Ailələr övladlarına peyvənd vurdurmaqdan qorxmasınlar. Çünki dünyanın bir çox ölkələrində artıq yeniyetmələrə vaksin vurulur", - professor bildirib.
O, Kubanı misal çəkərək əlavə edib ki, orada koronavirus əleyhinə vaksinasiya iki yaşından başlayıb: "Çin və BƏƏ-də isə üç yaşdan yuxarı uşaqlara peyvənd vurulur. Yəni bu məsələdə heç bir problem yoxdur".
 

OXŞAR XƏBƏRLƏR

Prezidentləri Füzuli şəhərinin Baş planı ilə TANIŞ OLDULAR

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğızıstan Prezidenti Sadır Japarov aprelin 25-də Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb.   Sfera.az xəbə...

Ərdoğandan Ermənistana MÜHÜM MESAJ: “Çox açıq danışdıq, Paşinyan da artıq...” 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İraq səfərindən qayıdarkən jurnalistlərə müsahibə verib. O, Azərbaycan-Ermənistan münasibətləri barədə də danışıb. &...

Qırğızıstan Prezidenti Füzulidə SƏFƏRDƏDİR

Azərbaycanda dövlət səfərində olan Qırğızıstan Prezidenti Sadır Japarov aprelin 25-də Füzuli rayonuna gedb.   Sfera.az xəbər verir ki, Füzuli Beynəlx...

ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edəcək

ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edəcək.   Sfera.az “ir.voanews.com”a istinadən xəbər verir ki, bunu Birləşmiş Ştatlar Prezidentin...

"Azərbaycana gələn turistlərin sayı artıb" - Deputat 

Azərbaycana gələn turistlərin sayı bu ilin ilk rübündə 39.2 faiz artaraq 513,5 minə çatıb.   Sfera.az xəbər verir ki, bunu Milli Məclisin deputatı V...

Azərbaycan Ordusunda komanda-qərargah təlimləri KEÇİRİLİR - VİDEO/FOTO

2024-cü ilin hazırlıq planına uyğun olaraq Azərbaycan Ordusunda hərbi hissələrin döyüş hazırlığının yüksək səviyyədə saxlanması məqsədilə keçirilən təlimlər dav...