Məşhur müğənnimizə qarşı sui - qəsd edilib + FOTO

Məşhur müğənnimizə  qarşı sui - qəsd edilib + FOTO
 "Restoranların birində mənə çay gətirdilər. İçdim bir qurtum, gördüm ki, çaydan qəribə tam gəlir. Fərqinə varmadım amma. Bir mahnı oxudum, gördüm güclə oxuyuram”.
 

Sfera.az   xəbər verir ki, bunu müğənni Tacir Şahmalıoğlu "Şou ATV"nin efirində açıqlayıb. İfaçı gənc yaşlarında toylardan birində ona qarşı bu sui-qəsdin edildiyini deyib:

"Gənc vaxtlarım idi, təzə-təzə gündəmə gəlmişəm. Restoranda çay gətirdilər, gördüm çaydan qəribə tam gəlir. Bir mahnı oxudum, gördüm güclə oxuyuram. Gəldim evə, gördüm ki,  mənim elə bil səsim olmayıb. Onunla da səsim batdı. Haradasa 6-7 ay o vəziyyətdə qaldım. Artıq iş yeri axtarırdım özümə ki,  səs getdi. Heç danışa da bilmirdim".



OXŞAR XƏBƏRLƏR