Məşhur iş adamı ilə bağlı 60 min dollarlıq qalmaqal

Məşhur iş adamı ilə bağlı 60 min dollarlıq qalmaqal
 

"Tanınmış iş adamı Kəbirə Məmmədova məndən aldığı 60.000 dolları qaytarmır”.

Bu haqda "Yeni Sabah”a müraciət edən iş adamı Elsevər Abdullayev bildirib ki, məsələ ilə bağlı ölkə prezidentinə də şikayət edib.

"Yaxınlarımdan borc alıb bir yerə topladığım 60.000 Amerika dollarını Kəbirə Məmmədovaya verib onunla müddətsiz müqavilə imzalayaraq hər biri 23 kvadratmetr sahəni əhatə edən 2 anbar almışdım. 

Lakin Kəbirə Məmmədova mənə elə yerdən anbar vermişdi ki,  ora ildə bir dəfə insan ayağı dəymirdi. Mən elə ilk günlərdən buna öz ciddi etirazımı bildirərək ya anbarların yerlərini dəyişdirməyi ya da pulumun qaytarılmasını tələb etməyə başladım. Lakin Kəbirə Məmmədova bu günə qədər nə pulumu qaytarır, nə də anbarların yerini dəyişdirir”. 

E. Abdullayev deyir ki, o Kəbirə Məmmədovanın qəbulunda olub və ona bildirib ki, 60.000 dolların yarısını, yəni 30.000 dollarını hər ay 500 manat verməklə hissə-hissə qaytaracaq: "Təbii ki, onun bu gülünc doğuran şərti məni razı salmadığından onunla görüşmək üçün dəfələrlə qəbuluna getmək məcburiyyətində qalmışam. Amma ya qəbul etmir, ya da qəbul edib ən nalayiq söyüşlərlə təhqir edir, həbslə hədələyir və respublikanın ən zəhmli, nüfuzlu rəhbərləri ilə dost, qohum olduğunu dilə gətirir. 

Yoxsulluq, rəzalət, üstəgəl külli miqdarda borclarım, anamın, həyat yoldaşımın onkoloji xəstəlikləri, digər sosial problemlər bu yandan da Kəbirə Məmmədova”.

Ölkə rəhbərliyinə müraciət edən şikayətçi müraciətinin xüsusi nəzarətə götürülməsini, 60.000 dolları pulunun geri qaytarılmasını xahiş edib.

Məsələ ilə bağlı Binə Ticarət Mərkəzinin hüquqşünası Fuad Cəfərov "Yeni Sabah”a açıqlama verib. O, bildirib ki, həmin şikayətçi şəxsin probleminin həlli ilə bağlı hazırda iş aparılır: "Orada məbləğ bir qədər çox göstərilir, həmin 60 min dolları kimə verdiyi bəlli deyil. Hazırda bununla bağlı iş gedir və ona kömək etməyə çalışırıq. Yerinin dəyişdirilməsi və həmçinin pulunun geri qaytarılması təklif olunub. Yəqin ki, yaxın zamanda bu məsələ həll olunacaq”.


OXŞAR XƏBƏRLƏR

Astarada ilk “Kontakt” mağazasının açılışında böyük izdiham -  60%-DƏK ENDİRİMLƏR

“Kontakt” mağazalar şəbəkəsi qucaq dolu fürsətlər və ənənəvi açılış proqramı ilə Astaraya gəldi. Ölkənin bütün bölgələrinə sevinc gətirməyi hədəfləy...

“Altsheymer”ə çarə axtaran, qlobal problemləri həll etmək istəyən “Sabahın alimləri” – Onlar kimdir?

Ötən həftə keçirilən “Sabahın alimləri” XIII Respublika müsabiqəsində uğurla iştirak edərək beş qızıl, bir gümüş medala sahib olan “Dünya&rdqu...

Devid Kemeron Türkmənistanda SƏFƏRDƏDİR

Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron Aşqabadda səfərdədir.   Sfera.az xəbər verir ki, bu barədə Türkmənistan mediası məlumat yayıb. ...

Dünya beyin mərkəzləri nümayəndələrinin Qarabağa səfəri BAŞLADI - FOTO

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” beynəlxalq forumunun iştirakçılarının Qarabağ regionuna səfəri başlayıb.   Sfera.az xəbər verir ki...

Bayden bu gün Ukraynaya yardım layihəsini İMZALAYACAQ - Paketə həm də nələr daxildir?

Aprelin 24-də ABŞ Prezidenti Co Bayden Kiyevə silah tədarükünü bərpa etmək üçün Konqresin təsdiq etdiyi Ukraynaya yardım qanun layihəsini imzalayacaq.  ...

Xalq artisti Tünzalə Ağayeva DƏYİŞDİ - FOTO 

Xalq artisti Tünzalə Ağayeva imicində dəyişiklik edib.   Sfera.az xəbər verir ki, pop star saçlarını uzadıb və rəngini narıncıya boyayıb. Onun yeni ...