Məşhur iş adamı erməni terrorundan yazdı

Məşhur iş adamı erməni terrorundan yazdı
Türkiyədə yaşayan Azərbaycanlı iş adamı Mübariz Mənsimov son günlər ərzində müzakirə mövzusu olan Axalkalakidə terrorçu Avaqyana qoyulan abidə haqqında status paylaşıb. İş adamı bu abidənin məqsədyönlü şəkildə qoyulduğunu, burada türk düşmənlərinin gizli sövdələ.məsi olduğundan yazıb. Mübariz Mənsimovun yazdığı statusu olduğu kimi təqdim edirik:
 
"Atalarımız deyir ki, su yatar, düşmən yatmaz. Erməni bizimlə sadəcə işğal etdiyi torpaqlarımızda deyil, bütün sferalarda mübarizə aparır. Bu gün Avropada, Amerikada erməni lobbisi dayanmadan türk düşmənliyi edirsə, Gürcüstandakı ermənilərin əllərini-qollarını sallayıb, bizim qazımızla qızdırılan kilsələrində dua etdiklərinimi düşünürsünüz? Erməni xisləti Qarabağda nədirsə, Axalkalakidə də odur. Məhz Xocalı soyqırımında əli qana batmış terrorçu Avaqyana Gürcüstanda heykəl qoyulması məqsədyönlü təxribatdır. Dost, eyni zamanda Azərbaycanla Türkiyə arasında körpü rolunu oynayan bir ölkə ilə üz-üzə gətirmək istəyirlər. Əlbəttə, Gürcüstanın mövcud iqtidarının bu məsələdə ermənilərə loyallığı da qəbuledilməzdir və onlara bu uyğun dillə anlatılmalıdır. Hansısa osetin və ya abxaz terrorçusuna Azərbaycanın hər hansısa bir nöqtəsində heykəl qoyularsa, gürcülər hansı reaksiyanı verərlər? Nə üçün özlərinə arzu etmədiklərinin bizə - Gürcüstana bu qədər sərmayə qoyan qonşusuna bunu rəva görürlər? Hesab edirəm ki, bu məsələ qarşısında susulmamalıdır. Nəzərə alsaq ki, bir neçə ay öncə yenə erməni kilsəsi Azərbaycana qarşı Tiflisdə təxribata əl atmışdı, biz susduqca, bu davam edəcək. Ona görə, Gürcüstan həm Türkiyənin, həm Azərbaycanın bu məsələdə həssaslığını anlayacaq şəkildə addımlar atılmalıdır. Həm də erməni terroru, erməni zülmü hər platformada anlatılmalıdır ki, gürcülər də, digərləri də Azərbaycandan sonra ermənilərin onlara qarşı torpaq iddiasına məruz qalacaqlarını dərk etsinlər...”


OXŞAR XƏBƏRLƏR

Azərbaycan BMT ilə COP29 çərçivəsində əməkdaşlığı MÜZAKİRƏ ETDİ - YENİLƏNDİ

Azərbaycanda “yaşıl enerji” sahəsinə investiyaların cəlbi, xüsusilə inkişaf etməkdə olan ölkələrin dəstəklənməsi və bu istiqamətdə beynəlxalq əməkda...

Kamaləddin Qafarov: “Şirvan suvarma kanalının yenidən qurulması aqrar sektoru inkişaf etdirəcək”

“Azərbaycan inkişaf və quruculuq yolu ilə inamla irəliləyir. Ölkə Prezidenti cənab İlham Əliyevin rayon və bölgələrə etdiyi mütəmadi səfərlər görülən işlə...

Azərbaycanın məşhur Əməkdar artisti VƏFAT ETDİ - FOTO

Azərbaycanın Əməkdar artisti dünyasını dəyişib.   Sfera.az oxu.az-a istinadən xəbər verir ki, Azərbaycan Dövlət Rus Dram Teatrının əməkdaşı Yuri...

Bakı və Abşeron yarımadasında 29 dərəcə isti oldu - FAKTİKİ HAVA

Aprelin 20-si saat 10:00-a olan məlumata əsasən, ölkə ərazisində hava şəraiti sabit, əsasən yağmursuz keçib. Lakin günün ikinci yarısında bəzi dağlıq ərazilərdə...

Hikmət Hacıye: "Azərbaycanın COP29-a ev sahibliyi etməsi diplomatik və siyasi cəsarətimizin təcəssümüdür"

ADA Universitetində təşkil edilən “Xəzər Hövzəsi Araşdırmaları” proqramının bağlanış mərasimi keçirilib.   Sfera.az xəbər verir ki, ...

Azərbaycanda prokuror VƏFAT ETDİ - FOTO

Baş Prokurorluğun yüksəkvəzifəli əməkdaşı dünyasını dəyişib.   Sfera.az qafqazinfo-ya istinadən xəbər verir ki, prokurorluğun Təşkilat və İ...