Məşhur futbolçunun arzuolunmaz rəqibləri: \"Yuventus\", \"Real\" və \"Qarabağ\"

Məşhur futbolçunun arzuolunmaz rəqibləri: \
Çempionlar Liqasının 1/8 final mərhələsində "Yuventus"a məğlub olan "Atletiko" (2:0, 0:3) mübarizəni dayandırıb. Madrid təmsilçisinin avrokuboklarla vidalaşmasını komandanın lideri Antuan Qrizmannla da əlaqələndirmək olar.

Çünki ulduz futbolçu həm evdə, həm də səfərdəki qarşılaşmanı susqun keçirib. Halbuki Qrizmann avrokuboklardakı qolları ilə komandasını daşımağı bacaran oyunçudu. Təsadüfi deyil ki, "Yuventus"a qədər son il yarım ərzində fransalı superulduz cəmi 2 komandanın qapısına yol tapa bilməmişdi ki, onlardan biri də Azərbaycan təmsilçisi "Qarabağ"dı.

2017-18 mövsümündə Çempionlar Liqasının qrup mərhələsində Azərbaycan çempionu ilə hər iki qarşılaşmada bərabərə qalan (0:0, 1:1) "Atletiko"da Qrizmann həm "Vanda Metropolitano", həm də Bakı Olimpiya Stadionunda fərqlənə bilməmişdi. Halbuki qrupdakı digər komandalar "Çelsi" və "Roma"nın qapısına yol tapa bilmişdi.

"Qarabağ"la 2017-ci ilin oktyabrındakı görüşlərdən sonra Avropa Liqasına yuvarlanan madridlilərdə forvard 1/16 final mərhələsindən etibarən hər mərhələdə qol vurub. "Kopenhagen", "Lokomotiv", "Arsenal"ı səfərdə, "Sportinq"i evdə məyus edən 28 yaşlı dünya çempionu finalda da "Marsel"i mərkəzə dəvət edərək, komandasının Avropa Liqasını qazanmasına töhfə verib.

Ötən ilin avqustunda Tallində keçirilən UEFA Superkubokunda isə "Real" önündə 57 dəqiqə meydanda qalan Qrizmann kuboku başı üzərinə qaldırsa da, qol vura bilməmişdi.

"Atletiko"nun forvardı cari mövsümdə isə ÇL-in qrup mərhələsindəki hər üç rəqibi məyus edib. Fransa millisinin üzvü "Monako", "Brügge" və Dortmund "Borussiya"sı ilə ev oyununda toru silkələməyi bacarıb. Hətta Belçika təmsilçisi ilə qarşılaşmada dubla imza atıb. Lakin 1/8 finalda "Yuventus"a qarşı keçirilən 180 dəqiqəlik mübarizədə onun susqunluğu, bəlkə də, "Atletiko" üçün həlledici olub.matc

OXŞAR XƏBƏRLƏR

Ağır xəstə olan Selin Dion çılpaq poza verdi - FOTO

Əzələ sərtliyi sindromu diaqnozu qoyulan Selin Dion səhnəyə qayıtmaq ümidini itirmir. 56 yaşlı kanadalı müğənni xəstəlik diaqnozu qoyulduqdan sonra ilk dəfə çək...

Qadının yaşına lağ etdi: Xəstəxanalıq oldu

Mançesterdə (Böyük Britaniya) 39 yaşlı Emmi Dodd gecə klublarının birində kişiyə hücum etdiyi üçün şərti cəza alıb. Hadisə ötən il sentyabrın 9-da baş versə də,...

Kanye Uest öz fantaziyası ilə ictimaiyyəti ŞOKA SALDI

Daim çıxışları və hərəkətləri ilə hər kəsi şoka salan reper Kanye Uestin adı bu dəfə növbəti qalmaqala qarışıb. Hələ bu yaxınlarda əkiz qardaşlarla davanın skan...

Bu halda saçınızın tökülməsi normal sayılmır - Ekspertdən keçəlliklə bağlı TEST

Həyatın müəyyən dövrlərində hər kəs həddindən artıq saç tökülməsi ilə qarşılaşa bilər.   Sfera.az bildirir ki, rusiyalı həkim Tatyana Şapovalenko tərəf...

Aparıcı Zamirə Dadaşova “Space TV”yə qayıtdı: “Məbləğin bir qismi ödənildi”

“Space TV” ilə bağlı problemə bu gün son qoyduq. Məhkəmənin qərarı nəhayət icra olundu. Mənə ödənilməli məbləğin bir qismi ödənildi. Bir hissəsini i...

2024-cü ilin Dövlət Mükafatlarına təqdim edilən işlərin SİYAHISI

2024-cü ilin Dövlət Mükafatlarına təqdim edilən işlərin siyahısı açıqlanıb.   Sfera.az xəbər verir ki, siyahı Azərbaycan Respublikasının Elm, texnika...