İdman

Məşhur futbolçu karyerasını bitirir – Səhhətindəki problemlərə görə

Məşhur futbolçu karyerasını bitirir – Səhhətindəki problemlərə görə
 

İtaliya millisinin sabiq futbolçusu Klaudio Markizio karyerasını başa vurur.

Sfera.az  xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçi qərarını sabah "Yuventus"a məxsus "Alyans Stadium”da rəsmən açıqlayacaq. Onun bu addımı atmasına səbəb səhhəti ilə bağlı yaranmış problemlərdir. 

Sonuncu dəfə bu ilin fevralında meydana çıxan K.Markizionun "Zenit”lə müqaviləsinə iyulun 1-də xitam verilib.

Qeyd edək ki, "Yuventus”un yetirməsi olan yarımmüdafiəçi 25 ilini İtaliya klubunda keçirib. Yeddi dəfə İtaliya çempionu olan K.Markizio 3 dəfə ölkə kuboku, 4 dəfə Superkubokunu qazanıb. Burada 389 matç keçirən oyunçu 37 qola imza atıb.

XƏBƏR LENTİ

«    Oktyabr 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 123456
78910111213
14151617181920
21222324252627
28293031