Məşhur futbolçu həbs edildi

Məşhur futbolçu həbs edildi
Dünya futbolunun ulduzu Ueyn Runi Vaşinqton aeroportundasərxoş vəziyyətdə dava salıb.

Bildirilir ki, İngiltərə yığmasının sabiq hücumçusu hava limanında nalayiq hərəkətləri ilə diqqəti cəlb edib və ətrafdan keçənlərlə mübahisə edib. Ueyn Runi ictimai yerdə sərxoş vəziyyətdə, uca səslə söyüş söydüyü üçün Vaşinqtonda həbs olunub. 
 

Nəşrin məlumatına görə, hadisə dekabrın 16-da olub. Runi Dalles adına Vaşinqton aeroportunda həbs edilib. Lakin o, sonradan cərimə ödəyərək, müvəqqəti sərbəst buraxılıb. 
 

Ueyn Runi 2016-cı ildə İngiltərə yığmasının oyunlarında iştirakını başa çatdırıb. O, 119 matçda 53 qol vurub. 2018-ci ildən o, ABŞın "Di Si yunayted" klubunda oynayır. Futbolçu20 matç keçirərək, 12 qol vurub və 6 məhsuldar ötürmə edib.
 

Bir müddət əvvəl məlum olub ki, Vaşinqtonun Əsas Futbol Liqasında (MLS) çıxış edən "Di Si Yunayted" klubunun hücumçusu Ueyn Runi vida matçı keçirmək üçün futbol üzrə İngiltərə milli komandasında çıxışını bərpa edəcək.report

OXŞAR XƏBƏRLƏR