Məşhur fizikdən qorxunc açıqlama: “Yer kürəsi məhv olacaq”

Məşhur fizikdən qorxunc açıqlama: “Yer kürəsi məhv olacaq”
 Məşhur fizik Stiven Hokinq insanlığın gələcəyi ilə bağlı daha bir qorxunc proqnoz verib.

Sfera.az Tendensiya.com-a istinadən xəbər verir ki, "Stiven Hokinqin sevdiyi yerlər” adlı sənədli filmin 2-ci seriyasında məşhur fizik qlobal istiləşmənin yer kürəsini yaşanmaz bir vəziyyətə gətirib çıxaracağını iddia edib. O, bu problem həll olunmazsa, Dünyanı Veneranın aqibətinin gözləyəcəyini bildirib.

"İqlim dəyişikliyinin olmayacağını iddia edənlərlə qarşılaşanda onlara Veneraya getməyi tövsiyyə edin. Səfər xərclərini mən qarşılayacağam”, – deyə o, bildirib.
 
Hokinq Yerin 4,5 milyard yaşı olduğunu vurğulayaraq, 200-500 il sonra insanların özlərinə yer axtarmağa başlayacağını qeyd edib.

Qeyd edək ki, NASA-nın 2002-ci ildə apardığı araşdırmalara görə Venera da əvvəllər Yer kimi olub, lakin sonradan istiləşmənin başlaması ilə okeanlar buxarlanıb və bugünkü vəziyyətini alıb.

OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...