Məşhur erməni saytı Azərbaycana qarşı terror çağırdı

Məşhur erməni saytı Azərbaycana qarşı terror çağırdı

Ermənistanın məşhur "voskanapat.info” saytı Azərbaycana qarşı açıq- aşkar terror çağırışı edib.

Sfera.az AzVision.az-a istinadən xəbər verir ki, "Erməni intiqamının mələkləri” adlı yazıda terror aktlarının həyata keçirilməsini təbliğ edən məlumatlar yer alıb. 

Məqalə müəllifi ermənilərin tarixən Anadolu türkləri və azərbayacanlılara qarşı terror, qətliamlar törətdiyini etiraf edir, həmin günlər üçün darıxdıqlarını gizlətmir.

"Biz nə vaxtsa düşmənlərimizi cəzalandıra bilirdik. Heç kimi gözləmədən "Nemezis” əməliyyatı keçirdik. Biz türk diplomatlarını cəhənnəmə vasil etdik”-deməklə müəllif ermənilərin terrorçu xislətini bir daha üzə çıxarıb.

Məqalədə, həmçinin Azərbaycanın igid oğulları Ramil Səfərov, İbad Hüseynov və leytenant Fərzəliyev təhdid olunub. Adları çəkilən azərbaycanlıların ermənilərə vurduğu dağı düşmən hələ də unuda bilmir. Hər vasitə ilə onlardan intiqam almağı planlaşdırır və ölüm təhdidləri yağdırır. 

Qeyd edilən yazıda oxşar ssenari təkrarlanır. Müəllif intiqamı döyüş meydanında yox, terrorla almağa çağırış edir. Bu, erməni KİV-lərində yayılan ilk terror çağırışı deyil. Dəfələrlə bu barədə yazılar tirajlanıb, rəsmi səviyyədə açıqlamalar verilib. Görünən odur ki, aprel məğlubyyətindən sonra düşmən Azərbaycandan terrorla intiqam almaq həvəsinə düşün. Bu çağırışlar təsdiqləyir ki, Ermənistan dövlət olaraq terroru dəstəkləyir, hətta terrorçu qruplaşmalara yardım etməkdən belə çəkinmir. Digər bir məqam diqqət çəkir: müəllif Ermənistan ordusunun zəif olduğunu deməyə çalışır və bununla keçmiş günləri xatırlayır. Ehtimal ki, müəllif keçmiş günlər deyəndə türklərə və azərbaycanlılara qarşı törədilən çirkin cinayətləri yada salır.

Müəllif yazısında guya qədim xalqlar qismində Azərbaycanda tərəfdaşlarının olduğunu və onların azərbaycanlılardan qisas almaq üçün ermənilərə yardım edə biləcəyinə eyham vurur. Bundan əlavə ermənilərin pul müqabilində Ramil Səfərovu aradan götürə biləcəyini vurğulanıb. Bu iddianın nə qədər absurd olduğunu şübhəsiz ki, müəllif özü də başa düşür. Erməni yazarın fikirləri itin qorxudan hürməsinə bənzəyir. 

Sözügedən məqalədə, həmçinin təklif olunur ki, Azərbaycanlılara qarşı terror məqsədlərə çatmaq üçün Simon Vizental Mərkəzi və ya Tuvi Fridmanının rəhbərliyi altında nasistlərin cinayətlərini sənədləşdirən Vyana İnstitutuna bənzər xüsusi struktur yaradılmalıdır. Qeyd edilib ki, bu işə Ermənistan diasporunu cəlb etməklə xüsusi fond yaratmaq lazımdır.

"İstək olmalıdır! Çünki bu, son nəticədə şərəf məsələsidir. Erməni şərəfinin məsələsi!”-deyə müəllif yazıb.


OXŞAR XƏBƏRLƏR

Müştərilər 86 milyon manat depoziti geri çəkdi - “Accessbank”da nə baş verir?

Azərbaycanın ən böyük xarici kapitallı bankı olan “Accessbank”da  həm əhalinin, həm də hüquqi şəxslərin depozitlərinin həcmində azalma müşahidə...

Türkiyədə tarixi bina YANIR - FOTO

Türkiyənin Kırklareli şəhərində tarixi binada yanğın başlayıb.   Sfera.az "TRT Haber”ə istinadən xəbər verir ki, şəhərin Karakaş məhəlləsi...

Paşinyan: "İlk dəfə məsələ danışıqlar masası arxasında həll edildi"

İlk dəfə olaraq Ermənistan və Azərbaycan məsələni danışıqlar masası arxasında həll etdilər.   Sfera.az xəbər verir ki, bunu Ermənistan baş nazir...

Ukrayna parlamentinin nümayəndə heyəti Azərbaycana GƏLƏCƏK

Ukrayna Ali Radasının (parlament) sədr müavini Yelena Kondratyukun başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana səfərə gələcək.   Sfera.az xəbər veri...

Muxtar Babayev Dünya Bankının nümayəndələri ilə GÖRÜŞDÜ

Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayev Dünya Bankının Baş İdarəçi Direktoru Aksel van Trotsenburq və Dünya Bankını...

Sabah 30 dərəcə isti olacaq - PROQNOZ

Sabah Azərbaycanda havanın temperaturu gecə 12-17° isti, gündüz 25-30° isti, dağlarda gecə 7-12° isti, gündüz 13-18° isti olacaq.   B...