Maqazİn

Məşhur aktyorun VƏZİYYƏTİ AĞIRLAŞDI - Təcili qan axtarılır

Məşhur aktyorun VƏZİYYƏTİ AĞIRLAŞDI - Təcili qan axtarılır
Türkiyənin məşhur aktyoru Ferdi Merterin səhhəti ağır olaraq qalır.

Reanimasiyada olan ünlü aktyor üçün uyğun qan axtarılır. Qızı Almula Merter sosial şəbəkədən aktyorun pərəstişkarlarına müraciət edərək Hacettepe xəstəxanasının Nevroloji şöbəsində müalicə alan atasının təcili qana ehtiyacı olduğunu bildirib.

Qeyd edək ki, 79 yaşlı Ferdi Merter fevral ayında yıxılaraq ayağını sındırmışdı. Ferdi Merter Azərbaycan tamaşaçılarına "Qurtlar vadisi pusu" serialı, "Kolpaçino" filmindən tanışdır.(Metbuat.az)
 
 



AdRiver

XƏBƏR LENTİ

«    Fevral 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 123
45678910
11121314151617
18192021222324
25262728