Maqazİn

Məşhur aktyor taksi sürücüsünün hücumuna məruz qaldı

Məşhur aktyor taksi sürücüsünün hücumuna məruz qaldı
"Çuxur” serialının aktyoru Ahmet Tansu Taşanlar İstanbulda bir taksi sürücüsünün hücumuna məruz qalıb.

Sfera.az xəbər verir ki, məşhur aktyorun iddiasına görə parklamanın qadağan olunduğu yerdə gözləyən taksi sürücüsü Taşanların başqa bir avtomobilə minməsinə əsəbləşib. Bu səbəbdən o həm aktyora, həm də onun mindiyi avtomobilin sürücüsünə hücum edib.

Aktyor, "sürücü bizi söydü", - deyə sosial şəbəkə hesabında baş verən hadisə haqqında tvit paylaşıb. 

Camal
Sfera.az
AdRiver

XƏBƏR LENTİ