Məşhur aktrisanın sevgilisi həbs olunmamaq üçün ölkədən qaçdı

Məşhur aktrisanın sevgilisi həbs olunmamaq üçün ölkədən qaçdı

Məşhur türkiyəli aktrisa Tuba Büyüküstünün reklamçı sevgilisi Umut Evirgen haqqında cinayət işi açılıb. 

Məlumatlara görə, Umut Evirgen "Gizli kalsın” adlı məkanına gələn dostu iş adamı Ali Akını döyüb.

İki dost arasında baş verən dava zamanı Ali Akının burnu qırılıb. Zərər çəkən Ali Akın dostu haqqında İstanbul Baş Prokurorluğuna şikayət edib:

"Umutun məkanında əylənirdik. Söhbət əsnasında o, mənə söyüşlər söyməyə başladı. Əvvəlcə zarafat etdiyini düşündüm. Amma sonra məkana geri qayıdaraq etirazımı bildirdim. Bu zaman Umut və beş mühafizəçisi məni döyməyə başladı. Umut dəfələrlə mənə yumruq zərbələri endirdi”.

Təcili olaraq xəstəxanaya aparılan Ali Akının başının müxtəlif yerlərindən xəsarətlər aldığı və burnunun qırıldığı məlum olub.

İstanbul Baş Prokurorluğu Umut Evirgen və beş mühafizəçisi haqqında cinayət işi açıb. Amma Umut həbsə düşməmək üçün Parisə qaçıb.(oxu.az)


OXŞAR XƏBƏRLƏR

Dünya ölkələrinin hərbi xərcləri: Hansı dövlət nə qədər pul ayırır? - RƏQƏMLƏR

2023-cü ildə bütün dünya ölkələrinin hərbi xərcləri 2,44 trilyon dollar təşkil edib ki, bu da rekord göstəricidir.   Sfera.az xəbər verir ki, bu...

Malıbəylidə kütləvi məzarlıq AŞKAR EDİLDİ - FOTO

Malıbəylidə ən azı 6 nəfərə aid olduğu ehtimal edilən sümük fraqmentləri aşkar edilib.   Sfera.az-ın xəbərinə görə, bu barədə Baş Prokurorluq və Əsir...

Zərdabda moped, Salyanda avtomobil YANDI

Zərdabda moped, Salyanda isə avtomobil yanıb.   Sfera.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbərinə görə, Zərdabda"Orbit" ...

Elmira Süleymanova VƏFAT ETDİ

Azərbaycanın ilk İnsan Hüquqları üzrə müvəkkili (Ombudsman) Elmira Süleymanova vəfat edib.   Sfera.az xəbər verir ki, o, 87 yaşında dünyasını də...

Alen Simonyan: "İrəvan Bakı ilə təbii qaz alışı məsələsini müzakirə etməyə hazırdır"

İrəvan Bakı ilə təbii qaz alışı məsələsini müzakirə etməyə hazırdır.   Sfera.az TASS-a istinadən xəbər verir ki, bunu Ermənistan parlamentinin spiker...

Doqquzuncu planetin mövcudluğu ilə bağlı yeni sübutlar əldə edildi

Kaliforniya Texnologiya İnstitutunun və ABŞ-nin digər elmi müəssisələrinin planetoloqları Günəş sistemində Planet X kimi tanınan doqquzuncu planetin mövcudluğu ...