evli_wedding_2605230b

Məşhur aktrisa vəfat etdi

Share Button

Fransa kinosunun məşhur komediya aktrisası Klodi Jansak 89 yaşında dünyasını dəyişib.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, daha çox adı aktyor Lui de Fünes ilə hallanan aktrisa yuxuda ikən vəfat edib.

Qeyd edək ki, Jansak 100-dən çox filmə çəkilib. Aktrisa 10 ekran əsərində Lui de Fünesin yaratdığı personajların həyat yoldaşı obrazını canlandırıb. Onların arasında "Böyük tətil" (1966), "Oskar" (1967), "Jandarm evlənir" (1968), "Dondurulmuş" (1969), "Jandarm gəzintidə" (1970 ), "Xəsis" (1980), "Jandarm və ətəkli jandarmlar" (1982) filmlərini qeyd etmək olar.
Share Button

DİGƏR XƏBƏRLƏR