Məşhur aktrisa əri ilə ilk görüşündən danışdı: “Əsl zibil olduğunu düşünürdüm”

Məşhur aktrisa əri ilə ilk görüşündən danışdı: “Əsl zibil olduğunu düşünürdüm”
 

"Game of Thrones” ("Taxt oyunları”) serialı ilə bütün dünyada məşhurlaşan aktrisa Sofi Törner həyat yoldaşı Co Conasla tanış olmadan əvvəl onun "əsl zibil” olduğunu düşündüyünü deyib.

Sfera.az xəbər verir ki, bu barədə aktrisa "Elle” nəşrinə müsahibəsi zamanı bildirib.

"Game of Thrones” serialında "Sansa Stark” obrazını canlandıran Törner müsahibə zamanı həyatda da "soyuq insan” olduğunu etiraf edib.

 

Törner həmçinin həyat yoldaşı Co Conasla tanış olmalarının hekayəsini də danışıb. İngilis aktrisa Conasla tanış olmadan əvvəl ona qərəzli yanaşdığını və onun "əsl zibil” olduğunu düşündüyünü söyləyib.

Heç bir zaman "Jonas Brothers” qrupunun böyük bir azarkeşi olmadığını dilə gətirən Törner həyat yoldaşı ilə ilk görüşə də dostları ilə gəldiyini açıqlayıb. Aktrisa bunun səbəbinin özünü təhlükəsizlikdə hiss etmək istəyi olduğunu qeyd edib.

Londonda bir barda görüşdüklərini söyləyən 24 yaşlı aktrisa Conasın görüşə cangüdənləri ilə gələcəyini zənn edib.

"Ondan nifrət edirdik”, - aktrisa bildirib.

(oxu.az)


OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...