Məşhur aktrisa 5 övlad sahibi olmaq istədiyini açıqladı: \"Söz vermişik...\"

Məşhur aktrisa 5 övlad sahibi olmaq istədiyini açıqladı: \
Türkiyəli aktrisa Amine Gülşe son açıqlaması ilə diqqət çəkib.
 
Sfera.az bildirir ki, "Fənərbağça"nın məşhur futbolçusu Məsut Özillə 2019-cu ildə yollarını birləşdirən aktrisa yenidən övlad sahibi olmaq istədiyini deyib. 
"Qızımıza bacı, ya qardaş düşünürük. 5 uşaq söz vermişik", - deyə aktrisa yarı zarafat, yarı ciddi fikirlərini ifadə edib. 

O, həmçinin qızının hər anında yanında olmaq istədiyini də qeyd edib:

"O qədər tez böyüyür ki, bu anları yaşamaq istəyirəm. Qızıma görə bir çox şeyə fasilə verdim, amma başqa işlərlə məşğulam. O da süpriz olsun". 
Xatırladaq ki, cütlüyün Eda adlı bir qız övladı var.

Türkan
Sfera.az

OXŞAR XƏBƏRLƏR