Məscidin ortasından yol çəkdilər - FOTOLAR

Məscidin ortasından yol çəkdilər - FOTOLAR
Türkiyədə məscidin ortasından yol çəkiblər. 
 
Sfera.az bildirir ki, Türkiyənin Rizə vilayətinin Çayeli rayonundakı Gözəltəpə kəndinin sakinləri məscid tikmək üçün normal yer tapmayınca məcbur olub yolun üzərində inşa ediblər.
 
Lakin bu zaman yolu da kəsməyiblər. Məscidin inşasını elə qurublar ki ortasından yol keçir. Məscidin bu cür tikilməsi sakinlərin də xoşuna gəlib. Rizədə bu formada binaların nadir olmadığını deyən kənd icra nümayəndəsi əksinə relyefə əlaqədar belə həll yollarının işlərini asanlaşdırdığını söyləyib.
 
Məsciddəki tunelin hündürlüyü isə 3,5 metr olduğundan oradan hündür maşınlar keçə bilmir. Bəzilərinin keçməsi üçün təkərlərindəki hava boşaldılaraq bu şəkildə yola davam edirlər.


OXŞAR XƏBƏRLƏR