Məscidi gülləbaran edən manyak haqda inanılmaz faktlar – Foto, Video

Məscidi gülləbaran edən manyak haqda inanılmaz faktlar – Foto, Video
Yeni Zelandiyanın Kraysçörç şəhərində "Məscid əl Nur” və "Linvud” məscidlərində məşum terror aktı törədən 3 şəxsdən biri olan Brenton Tarrantın məhkəməsi olub.

Sfera.az BAKU.WS-yə isitinadən xəbər verir ki, Avstraliyanın Yeni Cənubi Uels əyalətindəki Dunedin şəhərinin sakini olan 28 yaşlı B.Tarrant dünən məhkəmə qarşısına çıxarılıb.

O, Avstraliyanın Qrafton şəhərində fitnes təlimatçısı işləyib.

"Məscid əl Nur” məscidinə hücumda və 49 nəfəri qətlə yetirməkdə günahlandırılan Tarrantın məhkəməsində ilk iclas cəmi bir dəqiqə davam edib.Biləklərinə qandal vurulmuş Tarrant məhkəmədə nasist jestləri göstərib. Onun bu hərəkətindən dərhal sonra vəkilinin çıxışına imkan verilmədən məhkəmə zalından çıxarıblar.

Prosesin növbəti iclası aprelin 5-də olacaq.

Qeyd edək ki, Tarrantla yanaşı, teraktları törətməkdə şübhəli bilinən daha 3 nəfər tutulub. Polis məscidlərin yaxınlığında saxlanmış iki avtomobildə partladıcı qurğular aşkarlayıb.

O, hücumu videokameralarla çəkərək canlı yayım edib. Hücumdan əvvəl isə Tarrant sosial şəbəkələrdə "manifest”ini paylaşaraq özünü "ağdərililərin üstünlüyü ideyasını tərəfdarı” adlandırıb, Avropada müsəlmanlara qarşı teraktlar törətmək istəyini açıqlayıb.

Hücuma məruz qalmış məscidlər bir-birindən 5 kilometrlik məsafədədir. Hücum zamanı "Əl Nur” məscidində 200, "Linvud” məscidində isə 300 nəfər olub.Bu teraktlarda 49 nəfər həlak olub, 43 nəfər yaralanıb.

O, hücumdan əvvəl sosial şəbəkələrdəki profillərində paylaşdığı 87 səhifəlik "manifest”ində mövqeyini və məramını açıqlayıb.

B.Tarrant Almaniyanın kansleri Angela Merkeli və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı məhv etməyə çağırıb.

Hücum zamanı başındakı dəbilqəyə GoPro kamerası bərkitmiş Tarrant YouTube, Facebook və İnstagram-dakı profillərində canlı yayımda olub.

Breyvik təki, Tarrant da Bibliyadan və neonasizm ideyalarından sitat gətirib. Onun "manifest”ində yazdığına görə, məsciddə gülləbarana "sövq edən” əsas olay 2017-ci ildə Stokholmda törədilmiş teraktdır. 5 nəfərin həlak olduğu teraktın qurbanları arasında Tarrant 11 yaşlı Ebba Akkrlyundun adını xüsusi vurğulayaraq "onun qisasını alacağam” yazıb.

Mari Le Penin Fransadakı seçkilərdə məğlubiyyətindən pərişan olduğunu vurğulayan B.Tarrant özünü Nelson Mandela ilə müqayisə edib: "Onun təki, məni də 27 il sonra bəraətlə həbsxanadan azad edəcəklər”.

"Avropalıların ölümlərinə görə qisas almaq, habelə əməlimlə diskussiyalara səbəb olmaq, xaos və təşviş yaratmaq istəyirəm. Odlu silah qismində ABŞ istehsalı olan yarımavtomatları seçməyimin səbəbi Birləşmiş Ştatlarda odlu silahların azad satışının tərəfdarları ilə əleyhdarları arasında mübahisələrin daha da aktivləşməsini istəməyimdir”.

Məscidə hücuma iki ilə əvvəl hazırlaşmağa başladığını bildirən Tarrant şəhəri 3 ay əvvəl seçdiyini yazıb.


 

//www.bizimyol.info/az/wp-content/uploads/2019/03/1552729141_2074731047-310x205.jpg 310w" sizes="(max-width: 670px) 100vw, 670px" style="padding: 0px; margin: 5px auto; outline: none; list-style: none; border-width: 0px; border-style: initial; box-sizing: border-box; max-width: 100%; height: auto; vertical-align: middle; clear: both; display: block; opacity: 1; transition: all 0.4s ease-in-out 0s;" />


OXŞAR XƏBƏRLƏR

Tokayev Qazaxıstanda elektron siqareti qadağan etdi

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev səhiyyə məsələləri ilə bağlı qanunvericilikdə veyplərin (elektron siqaretlərin) idxalı, istehsalı, satışı və reklam o...

Dubay aeroportu təyyarələrin qəbulunu 48 saatlıq məhdudlaşdırdı

Dünyanın ən böyük nəqliyyat mərkəzlərindən biri olan Dubay Beynəlxalq Hava Limanı aprelin 19-u saat 12:00-dan etibarən təyyarələrin qəbulunu 48 saatlıq məhdudla...

Bakı metrosunda yaşlı kişi stansiya yoluna düşdü

Bakı Metropoliteninin "Nərimanov" stansiyasında 65-70 yaşlarında kişi sərnişin ehtiyatsızlıq etdiyindən stansiya yoluna düşüb.   Bu barədə ...

Bu dəfə ən yüksək nəticəni onlar göstərdi - SİYAHI

Xəbər verdiyimiz kimi, ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 2024-cü il martın 17-də keçirilən buraxılış imtahanının nəticələri elan olunub.  ...

Kim Çen Inn Putinin hədiyyəsi ilə görüntüləndi - FOTO

Şimali Koreya lideri Kim Çen In fevral ayında Rusiya prezidenti Vladimir Putinin ona hədiyyə etdiyi "Aurus" avtomobilini idarə edərkən görüntülənib. ...

Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı oldu - FOTO

Heydər Əliyev Fondunun təşkilatçılığı, Azərbaycan Mədəniyyət Nazirliyi və ölkəmizin İtaliyadakı Səfirliyinin dəstəyi ilə aprelin 19-da 60-cı Venesiya Biennalesi...