Məsciddə terror törədən qatil danışdı:”Özümü günahkar saymıram, adımı tarixə yazmalıydım...”
10:59 / 16.03.2019
2608
Yeni Zelandiya məscidində namaz zamanı qətliam törədən terroçunun ilk dəfə görüntüləri yayılıb.
Sfera.az xəbər verir ki, 50-dən artıq insanı qətlə yetirən Brenton Tarrant məhkəmə zalına məhkum paltarında, qolları qandallı halda gətirilib. Psixi problemləri olduğu deyilən Brenton Tarrant məhkəmənin ilk iclasında bu qətli törətdiyi üçün peşman olmadığını bildirib:”Özümü günahkar saymıram. Mən adımı tarixə yazmalıydım, amma işimi sona çatdıra bilmədim.”
Qeyd edək ki, Brenton Tarrantla əlbir olan 38 nəfər həbs edilib.
Bu terror hadisəsindən sonra Yeni Zelandiya hökuməti ölkədə silah satışını dayandırıb.