Mərkəzi Bankın strukturu dəyişdi

Mərkəzi Bankın strukturu dəyişdi
 

Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) ləğv edilərək səlahiyyətlərinin Azərbaycan Mərkəzi Bankına (AMB) verilməsi ilə əlaqədar bu qurumda struktur dəyişiklikləri həyata keçirilib.

Sfera.az  AMB-nin internet səhifəsinə istinadən xəbər verir ki, dəyişikliklər çərçivəsində qurumda Əli Əhmədovun rəhbərlik etdiyi Bazar əməliyyatları departamenti, Şaiq Adıgözəlovun rəhbərlik etdiyi İqtisadi təhlil departamenti, Toğrul Əliyevin rəhbərlik etdiyi Risklərin idarə edilməsi departamenti, Namiq Yaqublunun rəhbərlik etdiyi Satınalmalar bölməsi ləğv edilib.

 

Əvəzində AMB-də Fuad İsayevin rəhbərliyi ilə Kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamenti, Elrad Seydiyevin rəhbərliyi ilə Maliyyə bazarlarında əməliyyatlar departamenti, Vüsal Qurbanovun rəhbərliyi ilə Sığorta fəaliyyətinə nəzarət departamenti, Tərlan Rəsulovun rəhbərliyi ilə Valyuta ehtiyatlarının idarə edilməsi departamenti, Elnur Allahverdiyevin rəhbərliyi ilə Lisenziyalaşdırma şöbəsi və Zaur Hacılının rəhbərliyi ilə Maliyyə monitorinq bölməsi yaradılıb.

Arif Şirəliyevin rəhbərlik etdiyi Strateji idarəetmə departamenti Korporativ idarəetmə departamenti adlandırılıb, Elizbar Əzimovun rəhbərlik etdiyi Ümumi şöbə isə Katibliyə çevrilib.

Digər 14 departament (Beynəlxalq əməkdaşlıq və kommunikasiya, Daxili audit, Hüquq, İnformasiya texnologiyaları, İnsan resursları, İnzibati, Maliyyə idarəetməsi, Nağd pul, Ödəniş sistemləri və hesablaşmalar, Pul siyasəti, Statistika, Tədqiqatlar, Təhlükəsizlik, Xəzinə) olduğu kimi qalıb. 



OXŞAR XƏBƏRLƏR

Prezident və birinci xanım Elmira Süleymanovanın dəfn mərasiminə əklil GÖNDƏRDİ

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Azərbaycanın ilk ombudsmanı Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndərib.   Sfera.az...

Azərbaycanda nə qədər sahibkar var? - STATİSTİKA

Hər il aprelin 25-i ölkəmizdə Sahibkarlar Günü kimi qeyd edilir. Sahibkarlar Gününün qeyd olunmasına 2016-cı ildən başlanılıb. Ölkənin iqtisadiyyatında sahibkar...

Azərbaycanda 5 günlük tətil BAŞLAYIR - RƏSMİ

Mayın 1-dən dövlət ümumi təhsil müəssisələrində 2023/2024-cü tədris ili üzrə ibtidai siniflər üçün əlavə yaz tətili (1-5 may) başlayır.   Sfera.az bi...

İlham Əliyev Şarl Mişeli COP29-a DƏVƏT ETDİ

Azərbaycan Prezidenti İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişeli Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tə...

Xavi "Barselona"dan AYRILMAYACAQ - QƏRAR VERİLDİ

"Barselona"nın vitse-prezidenti Rafa Yuste kataloniyalı baş məşqçi Xavinin komandada qalacağını və klubla müqaviləsini uzadacağını açıqlayıb. &nbs...

"Avropanın ən güclü adamı” uğurunun sirrini AÇIQLADI

"Avropanın ən güclü adamı” adını qazanan şotlandiyalı ağır atlet uğurunun sirrini açıqlayıb.    Sfera.az xəbər verir ki, bu barədə &q...