Mərkəzi Bankdan cavab: FES-in qərarı manata necə təsir edəcək?

Mərkəzi Bankdan cavab: FES-in qərarı manata necə təsir edəcək?
"ABŞ-ın Federal Ehtiyat Sisteminin (FES) faizlə bağlı qərarı qısamüddətli dövrdə böyük həcmdə spekulyativ kapital daxilolmalarına malik olan ölkələrə təsir göstərir. Azərbaycan isə irihəcmli spekulyativ kapital daxilolmalarına malik ölkə olmadığından FES-in son qərarının təsiri ilə burada hər hansı qısamüddətli dəyişiklik gözlənilmir".

Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankından (AMB) APA-nın sorğusuna cavabda bildirilib. 

AMB bildirir ki, bu qərarın manatın məzənnəsinə birbaşa təsiri yoxdur.

"Bütövlükdə manatın məzənnəsinin kəskin dəyişməsinin fundamental iqtisadi əsası yoxdur. Belə ki, hazırda ölkədə həyata keçirilən məzənnə rejiminə uyğun olaraq manatın ABŞ dollarına nəzərən məzənnəsi valyuta bazarındakı tələb-təklif nisbətindən asılı olaraq formalaşır. Xarici valyuta bazarındakı tələb-təklif nisbəti isə əsasən tədiyyə balansının vəziyyətindən, yəni ölkəyə daxil olan və ölkədən çıxan xarici valyutanın həcmi ilə yanaşı, neft transferlərinin məbləğindən asılıdır ki, bunlar da bu gün tarazlaşdırıcı nisbətdə olduqları üçün manatın ABŞ dollarına nisbətən məzənnəsi sabit dinamikadadır", - deyə tənzimləyicidən bildirilib.

Ötən gün FES uçot dərəcəsini 0,25% səviyyəsindən 1,50%-dək artırıb.
 
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Kəmaləddin Heydərov onu yüksək vəzifəyə TƏYİN ETDİ - FOTO

Fövqəladə Hallar nazirliyində növbəti kadr təyinatı olub.    Sfera.az manset.az-a istinadən xəbər verir ki,  Fövqəladə hallar naziri g...

"Torpaqlarımızın işğalına səbəb olanların xalqa çağırışlar etməyə heç bir haqqı yoxdur" - Azər Badamov

“90-cı illərin əvvəlində xalqın etimadını itirən və ümidlərini puça çıxaran, torpaqlarımızın işğal olunmasına səbəb olanların xalqa çağırışlar etməyə ...

Ötən sutka 23 yanğına çıxış OLDU

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəla...

“Azərişıq” Şirvanda yenidənqurma işlərini davam etdirir - VİDEO

“Azərişıq” ASC bütün regionlarda yenidənqurma işlərini uğurla davam etdirir.   Sfera.az xəbər verir ki, investisiya layihəsi çərçivəsində...

Azərbaycan Hərbi Dəniz Qüvvələri Xəzər dənizində taktiki təlim KEÇİRDİ - VİDEO

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi cari ilin hazırlıq planına əsasən, Hərbi Dəniz Qüvvələrinin (HDQ) Hərbi Hava Qüvvələri (HHQ) ilə ...

"Əli Kərimli və onun kimilərə mitinq keçirməyi tapşıranlar Azərbaycana zərbə vurmaq istəyir" - Millət vəkili

“Fransanın buradakı səfirini geri çağırmaqda məqsədi bizə qarşı olanlara pionerlik etməkdir”.  Sfera.az xəbər verir ki, bunu Milli Məclisi...