Dünya
İqtİsadİyyat

Mərkəzi Bank uçot dərəcəsini yüksəltdi, dollar ucuzlaşdı - Bundan sonra nə olacaq?

Mərkəzi Bank uçot dərəcəsini yüksəltdi, dollar ucuzlaşdı - Bundan sonra nə olacaq?
"Bu gün Türkiyə Mərkəzi Bankı uçot dərəcəsinin 24 faizədək yüksəldilməsi ilə bağlı qərar qəbul edib. Bu son 15 ildə ən yüksək uçot dərəcəsidir. Türkiyədə uçot dərəcəsi 2009-2017-ci illər arası hətta bir rəqəmli səviyyədə qorunub saxlanılıb. Mərkəzi Bankın qərarından sonra lirə az da olsa dəyər qazana bilib”. 

İqtisadçı-alim Vüqar Bayramov Bu gün Türkiyə Mərkəzi Bankının uçot dərəcəsi haqda qərarını belə şərh verib. 

Onun sözlərinə görə, ötən gün 1 dollar almaq üçün 6.4 lirə ödəmək lazım idisə, hazırda bu göstərici 6.1 dollaradək dəyişib:
 
"Amma uçot stavkasının kəskin artımı lirəni qısa müddətli dövrdə qoruya bilər, orta və uzun müddətli dövrdə Türkiyə pulunu xilas etmək üçün isə həm iqtisadi, həm xarici siyasətdə dəyişikliklərin edilməsi vacibdir. Türkiyə ötən ili 67.7 milyard dollarlıq xarici ticarət defisiti ilə başa vurub. Aydındır ki, "İphone” telefonlarında imtina etməklə bu defisit qapamaq mümkün deyil. Bunun üçün idxaldan asılılığın aradan qaldırılması istiqamətində islahatların genişləndirilməsi ilə yanaşı, həmçinin Qərb və xüsusən də ABŞ ilə münasibətləri normallaşdırılması çox vacibdir”. 

V.Bayramov bildirir ki, əks halda uçot stavkasının artırılması Türkiyənin valyuta bazarında sadəcə nisbi sakitlik yaradacaq.
 
Nigar
Sfera.az

XƏBƏR LENTİ