Mərkəzi Bank tədiyə balansını açıqladı

Mərkəzi Bank tədiyə balansını açıqladı
Azərbaycan Mərkəzi Bankı (AMB) 2021-ci ilin birinci yarısı üzrə tədiyə balansını açıqlayıb. 

Sfera.az AMB-yə istinadən bildirir ki, tədiyə balansında profisitin (müsbət fərq) həcmi bir qədər də artaraq 1,26 milyard dolları ötüb. 

İlin birinci yarısında cari əməliyyatlar balansında 1,88 milyard dollar profisit, maliyyə hesabı balansında 578 milyon dollar kəsir qeydə alınıb. Cari əməliyyatlardakı profisitin maliyyə hesabındakı kəsirdən böyük olması hesabına tədiyə balansında profisit yaranıb. 

Birinci rüblə müqayisədə ikinci rübdə tədiyə balansında profisit daha böyük olub. Tədiyə balansında profisit birinci rübdə 326 milyon dollar, ikinci rübdə 934 milyon dollar təşkil edib. Cari əməliyyatlar balansında birinci rübdə profisit 628 milyon dollar, ikinci rübdə 1,25 milyard dollar olub. Maliyyə hesabı balansında isə vəziyyət pisləşib. Bu istiqamət üzrə birinci rübdə 14,4 milyon dollar profisit qeydə alınsa da, ikinci rübdə 593 milyon dollara yaxın kəsir qeydə alınıb. 

2021-ci ilin ikinci rübündə birinci rübünə nisbətən balansın yaxşılaşması neftin bahalaşması və qeyri neft-qaz ixracının artması ilə bağlıdır. Birinci rübdə neftin orta ixrac qiyməti 52,4 dollar olduğu halda, ikinci rübdə 60 dolları ötüb. Yarımillik qiymət isə 57,7 dollar təşkil edib. 

Qeyri neft-qaz ixracı isə birinci rübdə 11 faiz artdığı halda, yarımilin yekununda 20 faiz artıb. 

Qeyd edək ki, tədiyə balansının vəziyyətinin yaxşılaşması manatın sabitliyi üçün önəmlidir. Tədiyə balansı müsbət olduqda manat ucuzlaşmır, manata olan təzyiq zəifləyir. Tədiyə balansında daha böyük profisit yarandıqda isə manatın möhkəmlənməsi üçün əsas formalaşır. 

Vasif
Sfera.az


OXŞAR XƏBƏRLƏR

"Avropanın ən güclü adamı” uğurunun sirrini AÇIQLADI

"Avropanın ən güclü adamı” adını qazanan şotlandiyalı ağır atlet uğurunun sirrini açıqlayıb.    Sfera.az xəbər verir ki, bu barədə &q...

Poçettinonun taleyi sual altındadır - Klub qərar verməyib 

  "Çelsi" komandanın baş məşqçisi Maurisio Poçettinonun gələcəyi ilə bağlı qərar verməyib.   Sfera.az bildirir ki, London klubunun...

Azərbaycanda boşanmalara səbəb olan FAKTLAR: "Ataları, babaları yaşında kişilərlə..." 

Son zamanlar yalançı evliliklərin artması, bu istiqamətdə planlı atılan addımlar müzakirə obyekti olub. İddia edilir ki, bəzi xanımlar və ya bəylər qarşı tərəfl...

Elmira Süleymanova VƏFAT ETDİ - YENİLƏNDİ

Azərbaycanın ilk ombudsmanı Elmira Süleymanova dəfn olunub.   Sfera.az xəbər verir ki, mərhumə II Fəxri xiyabanda torpağa tapşırılıb.   **...

Alen Simonyan: "Ermənistan və Azərbaycanın bir-birinə qarşı ərazi iddiası yoxdur"

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki, Ermənistan və Azərbaycanın bir-birinə qarşı ərazi iddiası yoxdur.   Sfera.az “Sputnik-Armenia&rd...

Azərbaycanda üçotaqlı evlər daha çoxdur – STATİSTİKA

2023-cü ilin məlumatına əsasən, Azərbaycanda mövcud olan evlərin bir sakinə düşən ümumi sahəsi 19,5 kvadrat metr, yaşayış sahəsi isə 14 kvadrat metr olub. ...