Mərkəzi Bank milli valyuta barədə videoçarxlar hazırladı

Mərkəzi Bank milli valyuta barədə videoçarxlar hazırladı

Mərkəzi Bankın həyata keçirdiyi maliyyə savadlılığı işləri çərçivəsində milli valyutanın kağız pul nişanlarını əhaliyə daha yaxından tanıtmaq və onları milli atributumuz barədə maarifləndirmək məqsədilə manatın vahid konsepsiyası və ayrılıqda hər bir nominal haqqında xüsusi videoçarxlar hazırlanıb.

Sfera.az xəbər verir ki, bankdan Trend-ə verilən məlumata görə, videoçarxlarda hər nominalın fiziki göstəriciləri, dizayn və mövzusu ilə yanaşı, onların üzərindəki təhlükəsizlik və mühafizə elemetləri də əks olunur.

Ətraflı məlumatı internet ünvanından əldə edə bilərsiniz.

Qeyd edək ki, Mərkəzi Bank tərəfindən ölkədə maliyyə savadlılığının artırılması məqsədi ilə hazırlanan maliyyə savadlılığı portalı (//bizimpullar.az/) əhalinin müasir maliyyə alətlərindən istifadə üzrə biliklərinin artırılmasına, nəticədə onlarda rasional maliyyə davranışlarının inkişaf etdirilməsinə və yığım mədəniyyətinin formalaşdırılmasına xidmət edir. Portalda iqtisadiyyat və maliyyə sahəsindən maarifləndirici xarakterli materiallar, bank xidmətləri və mərkəzi bankçılığa dair izahedici animasiyalar, iqtisadi məzmunlu oyunlar, virtual muzey və məktəblilər üçün rubrikalar yer alıb.


OXŞAR XƏBƏRLƏR