Mərkəzi Bank 5 milyarddan çox valyuta ehtiyatı itirib

Mərkəzi Bank 5 milyarddan çox valyuta ehtiyatı itirib

Bu ilin avqust ayında Azərbaycan Mərkəzi Bankının (AMB) sərəncamında olan valyuta ehtiyatları iyul ayı ilə müqayisədə 1 186,1 milyon dollar (13,95 faiz) azalaraq 7,3 milyard dollar olub. 

Sfera.az Mərkəzi Bankın saytına istinadən məlumat verir.

Qeyd edək ki, bu ilin əvvəlində AMB-nin valyuta ehtiyatları 5 365,4 milyon dollar (42,3 faiz) azalıb.

Valyuta ehtiyatlarının azalması, xüsusilə, AMB-nin valyuta bazarında manatın dollara nisbətdə məzənnəsini sabit saxlamaq üçün həyata keçirdiyi iqtisadi müdaxilə ilə əlaqədardır.


OXŞAR XƏBƏRLƏR