Merkeli üçüncü dəfə titrəmə tutdu
17:17 / 10.07.2019
2877
Almaniya Kansleri Angela Merkel rəsmi görüş zamanı yenidən titrəyib. Bu hal üç həftə ərzində artıq üçüncü dəfədir baş verib.
"Reuters”in məlumatına görə, A.Merkel bu dəfə Berlində Finlandiyanın Baş naziri Antti Rinne ilə rəsmi görüş zamanı titrəməyə başlayıb.
Həmin kadrlar "Twitter” səhifəsində paylaşılıb. Videoda Kanslerin finlandiyalı nazirlə yanbayan dayanarkən necə titrədiyi aydın görünür.