Dünya

Merkel Trampı tənqid etdi, qızı qəzəbləndi - Video

Merkel Trampı tənqid etdi, qızı qəzəbləndi - Video
Münhen Təhlükəsizlik Konfransında Almaniya kansleri Angela Merkelin Donald Trampı tənqid etdiyi çıxış tədbirdə iştirak edən İvanka Trampın qəzəbinə səbəb olub.   
 
ABŞ Prezidentinin qızı İvanka Tramp Angela Merkelin çıxışında atasından danışmasında çox narahat olub. Həftəsonu Münhen Təhlükəsizlik Konfransında çıxış edən Merkel, İranın nüvə müqaviləsinə dəstək verdiyini açıqlayıb. Başqa bir məsələ isə Merkelin Trampın Almaniya daxilində idxal olunan maşınlarla bağlı fikirlərinə münasibət bildirməsi olub. 
 
 Merkel Trampın alman avtomobillərini milli təhdid olaraq görməsinə cavab olaraq, "Avtomobillərimizlə fəxr edirik. Onlar ABŞ-da istehsal olunur. BMW-nin ən böyük zavodu Bavariyada deyil, Cənubi Karolinadadır", - deyə bildirib.   Qeyd edək ki, zalda əyləşənlər Merkeli bu çıxışından sonra alqışlayıblar. 

XƏBƏR LENTİ

«    May 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031