Mərdəkanda təhlükəli bina: FHN “yaşamaq olmaz” deyir, insanlar isə köçürülmür

Mərdəkanda təhlükəli bina: FHN “yaşamaq olmaz” deyir, insanlar isə köçürülmür
Bakıda məcburi köçkünlərin yaşadığı bina qəzalı vəziyyətə düşüb.

Sfera.az oxu.az-a istinadən məlumatına görə, binaya baxış keçirən Fövqəladə Hallar Nazirliyi buranın, həqiqətən, qəzalı olduğuna və yaşayış üçün yararlı olmadığına dair rəy verib.

Söhbət Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən "Bakılı sanatoriyası” adlanan ərazidən gedir. Sözügedən ərazidə yaşayan əslən Ağdam rayonundan olan məcburi köçkün Teymur Hacıəliyev deyir ki, onların binanın zirzəmisində yaşayır və övladlarının həyatı üçün narahatdır:

"Burada qış aylarında necə yaşadıq, bir Allah bilir. Yağış suları bir tərəfdən, kanalizasiya suları, axıntılar bir yandan. Özüm artıq rütubətdən, nəmişlikdən xəstəlik tapmışam. Övladlarım üçün narahatam. Aidiyyəti qurumlar bizim vəziyyətimizə laqeyd yanaşır. FHN-ə yazılı şəkildə müraciət etmişəm”.

Bina qəzalı olduğu üçün bütün sistem çöküb və birbaşa ailənin qaldığı otağa su, çirkab, kanalizasiya suları axır. Ailənin azyaşlı uşaqları var.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri İbrahim Mirzəyev məsələ ilə bağlı Oxu.Az-a açıqlamasında deyib ki, Bakı şəhərində birinci köçürülmə başlayan zaman qeydiyyata alınan ailələrin hər biri müvafiq ünvanlara köçürüləcək:

"Hələlik Bakıda məcburi köçkün ailələrinin köçürülmə prosesinə başlanılmayıb. Biz başa düşürük ki, vətəndaşlar bir qədər çətinliklər yaşayır. Amma narahatlığa əsas yoxdur. Bir qədər səbrli olsunlar. Birinci Kürdəxanı ərazisinə, daha sonra isə Qobu Parka köçürülmə olacaq.

Onu da qeyd edim ki, dediyiniz kimi, FHN tərəfindən həmin əraziyə qəzalı olduğuna dair rəy verilibsə, köçürülmə zamanı məhz həmin ailələrə üstünlük veriləcək.

Əgər bizim nümayəndələrimiz əraziyə baxış keçirib, ailəni qeydiyyata alıbsa, heç bir narahatlığa ehtiyac yoxdur. Köçürülmə təxminən mart ayının sonları, aprel ayının əvvəllərinə təsadüf etməsi gözlənilir.

Kürdəxanı ərazisinə köçürülmə zamanı açılışda cənab prezident İlham Əliyev özü də iştirak edəcək. Açılışdan sonra 10-15 gün ərzində ailələrin köçürülməsi prosesi tamamlanacaq”.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Yəhya Babanlının saytımıza verdiyi açıqlamaya görə, ailə mövcud problemlə əlaqədar ərazinin icra orqanına müraciət etməlidir:

"İlk olaraq vətəndaş rayon üzrə İcra Hakimiyyətinin özünün Fövqəladə Hallar Komissiyasına müraciət etməlidir. Komissiyaya icra başçısının müavinlərindən biri rəhbərlik edir. Həmin cavabdeh şəxs tərəfindən bizə məktub göndərilən zaman araşdırma aparılacaq və zəruri tədbirlər görüləcək.

Ya da vətəndaş özü şəxsən birbaşa Fövqəladə Hallar Nazirliyinə yazılı surətdə müraciət ünvanlamalıdır. Bu kimi məsələlərə şifahi şərh vermək çətindir. Əraziyə yerində baxış keçirilməlidir. Qaydalara uyğun olaraq isə yekun əticələr əsasında ehtiyac olarsa, zəruri təxliyyə prosesləri həyata keçirilməlidir”.

Ailənin aidiyyəti qurumlardan istəyi isə qəzalı binanın düzəldilməsi və ya başqa bir yerə köçürülmələrinin təmin edilməsidir.

Qeyd edək ki, məsələ ilə bağlı fotoları sosial şəbəkədə Zaur Əliyev paylaşıb.

OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...