Mənzilini girov qoyanlar izləsin - Evsiz qala bilərsiz - VİDEO

Mənzilini girov qoyanlar izləsin - Evsiz qala bilərsiz -  VİDEO

Böyük həcmli kredtiləri alarkən bunlara diqqət edin

Hörmətli oxucular, problemli kreditlər məsələsi artıq uzun müddətdir ki, aktualdır. Xüsusi ilə kredit müqabilində mənzilini girov qoyanların vəziyyəti daha acınacaqlı olur.

Kamran Rzayev kafe açmaq üçün bankdan 30 000 manat kredit götürür. Əvəzində isə mənzilini girov qoyur. 3 aydan sonra isə işlərinin heç də yaxşı getmədiyini görür.

Lakin uğurlu gələcək düşünərək , bu cür acınacaqlı vəziyyətə düşən təkcə qəhrəmanımız deyil. Əmlak Məsələləri Dövlət Komitəsinin məlumatına görə, bu ilin ilk 6 ayında Azərbaycanda bank əməliyyatları məqsədilə 19 534 daşınmaz əmlak girov qoyulub. Əmlakını girov qoyan vətəndaşların əksəriyyəti də sonradan iflasa uğrayaraq onların müsadirə edilməsi faktı ilə rastlaşıblar.

Bəs bu cür neqativ hallarla rastlaşmamaq üçün böyük həcmdə kredit götürüldüyü zaman, vətəndaşlar nəyə diqqət yetirməlidirlər? İqtisadçı ekspert Rəşad Həsənovun sözlərinə görə, biznes eşqində olan vətəndaşlar adətən kredit şərtlərinə lazımi əhəmiyyət vermirlər. Lakin bu halda kredit müqaviləsinə ciddi diqqət yetirilməlidir, xüsusi ilə əmlakın düzgün qiymətləndirilməsi amilinə.

Yəni əgər siz 30 min manat civarında kredit götürürsünüzsə , əvəzinə isə 75 min manatlıq mənzil girov qoyursunuzsa, o zaman əmlakınızın düzgün qiymətləndirilməsi, gələcəkdə ödənişlə bağlı problem yarandığı zaman , bu mənzilin doğru qiymətə satılaraq, ordan kreditin və faizlərinin məbləği çıxılaraq, qalan vəsaitı geri ala bilərsiniz. Qiymətləndirmə düzgün aparılmayanda isə əmlakınız dəyərindən aşağı qiymətə satılır və sizə heç bir vəsait qaytarılmır.  //xezerxeber

Sfera.az


OXŞAR XƏBƏRLƏR

"Aston Villa" ilə müqaviləni uzatdı, "Barça"ya "yox!" dedi 

İspaniyalı mütəxəssis Unai Emeri Birmingem "Aston Villa" ilə müqaviləsini 2027-ci ilə qədər uzadıb.   Sfera.az bildirir ki, daha əvvəl məşq...

Prezident: "Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər göstərilir"

Cənubi Qafqazda ayırıcı xətləri çəkmək üçün bəzi cəhdlər göstərilir. Məhz bu səbəbdən Avropa Komissiyasının sədri, ABŞ-ın Dövlət katibi və Ermənistanın baş nazi...

Bakıda türk dövlətlərinin qiymətləndiricilərinin “Zirvə Görüşü” KEÇİRİLƏCƏK

Mayın 31-dən iyunun 2-nə qədər Bakıda türk dövlətlərinin qiymətləndiricilərinin növbəti “Zirvə Görüşü” keçiriləcək.   Bunu Sfera.az-a Azə...

İlham Əliyev: "Türkiyə-Azərbaycan birliyi regional təhlükəsizliyin və sabitliyin mühüm meyarıdır"

Türkiyə ilə bizi nəinki müttəfiqlik Bəyannaməsi, həmçinin bir çox digər məsələlər birləşdirir. Türkiyə-Azərbaycan birliyi regional təhlükəsizliyin və sabitliyin...

Kloppun yerinə yeni namizəd var - Danışıqlar BAŞLADI

Fransanın “Lill” klubunun baş məşqçisi Paulo Fonseka “Liverpul”da Yurgen Klopun yerinə namizəddir.   Sfera.az bildirir, mers...

Azad olunan Xankəndidə ilk körpə dünyaya gəldi - FOTO

İşğaldan azad edildikdən sonra Xankəndi şəhərindəki tibb müəssisəsində 1997-ci il təvəllüdlü Səadət Namazlının ilk körpəsi dünyaya gəlib.   Bu barədə...