Mənzildən 66 yaşlı qadının meyiti tapıldı
21:00 / 19.12.2018
3290
Xətaidə mənzillərdən birində 66 yaşlı qadın meyiti tapılıb.
Sfera.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Xətai rayonunda 1 nəfər mənzildə köməksiz vəziyyətdə qalıb.
Çağırış ünvanına cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1952-ci il təvəllüdlü Starikova Olqa Artyomovnanın meyitini aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat başa çatıb.