İqtİsadİyyat

Mənzil sahibi olmaq istəyənlər mütləq oxusunlar! - QİYMƏTLƏR ilin sonuna doğru ...

Mənzil sahibi olmaq istəyənlər mütləq oxusunlar! - QİYMƏTLƏR ilin sonuna doğru ...
"Ötən aylarda olduğu kimi mənzil bazarında durğunluq davam edir. Durğunluğa səbəb tələbin azalmasıdır. Ötən aylarda tələbin azalmasını, lakin təklifin stabil qalmasını və qiymətlərin aşağı düşməsini müşahidə etdik. Təkcə bu ilin 8 ayında mənzil bazarında təxminən 7 faizədək azalma müşahidə edilib. Güman olunur ki, ilin sonunadək mövcud qiymətlər dəyişməyəcək. Təklif edilən qiymətlə real qiymət arasında fərq var. Təklif edilən qiymət dəyişməsə də, real qiymət dəyişir. İlin sonunadək bazarda durğunluğun davam edəcəyi gözlənilir. Yeni və köhnə tikililərin mənzil bazarında durğunluq var”. 

Sfera.az bildirir ki, cari ildə yeni tikilərin sayında artım olduğunu deyən V.Bayramov durğunluğa səbəb olan amillər haqda da danışıb. 

O bildirib ki, öncələr mənzillər kommersiya baxımdan gəlir əldə etməyə imkan verirdi və vətəndaş mənzilini satdıqda daha çox pul əldə edə bilirdi. Lakin artıq bu tendensiya yox olub. Bununla yanaşı digər amillər də mənzil bazaırnda qiymətlərin azalmasına səbəb olur: 

"Rusiyada yaşayan azərbaycanlıların buradakı mənzillərə tələbatı azalıb. Bundan başqa devalvasiyanın olması da bazara marağı azaldıb. Devalvasiyadan sonra mənzil almaq istəyən vətəndaşlar pulunu xarici valyutada saxlamağa üstünlük verirlər. Çünki mənzillər manatla satılır, milli valyuta dəyərini itirdikdə bu onun dollarla ifadəsində qiymətinin azalmasına səbəb olur”. 

İqtisadçının sözlərinə görə, torpaq bazarında da eyni vəziyyət müşahidə edilir. Durğunluğun olduğunu deyən V.Bayramov qeyd edib ki, böyük ərazini əhatə edən torpaqların qiymətlərində daha çox azalma müşahidə edilir: 

"Lakin kiçik ərazini əhatə edən torpaqların qiymətində elə böyük dəyişiklilik nəzərə çarpmır. Bağ evlərinin satışında da durğunluq var. Son bir ildə bağ evlərinin qiymətlərində 10 faizədək azalma müşahidə edilib”.

Nigar Məhərrəm
Sfera.az
AdRiver

XƏBƏR LENTİ