Mənzil partladı

Mənzil partladı

Bakıda mənzildə yanğınla nəticələnən partlayış baş verib. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, hadisə Bakının Binəqədi rayonunda beşmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 40 m2 olan 2 otaqlı mənzildə baş verib. Yanğın nəticəsində 1 otağın, mətbəxin və eyvanın yanar konstruksiyaları 23 m2 sahədə yanıb. Partlayış nəticəsində hamam otağının arakəsmə divarı, mənzilin pəncərə çərçivələri və 3-cü mərtəbədə digər vətəndaşa məxsus ümumi sahəsi 40 m2 olan 2 otaqlı mənzilin 1 otağının, mətbəxinin və eyvanının pəncərə çərçivələri dağılıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. 

OXŞAR XƏBƏRLƏR