Mənzil almaq istəyənlərə ÜZÜCÜ XƏBƏR

Mənzil almaq istəyənlərə ÜZÜCÜ XƏBƏR
"Yaxın aylarda mənzil bazarında qiymətlərin artması proqnozlaşdırılır".
 
İqtisadçı-ekspert Natiq Cəfərli Sfera.az-a açıqlamasında belə deyib.
 

 
Onun sözlərinə görə, son zamanlar söküntü və tikinti işləri artıb, kirayə bazarında isə bahalaşma müşahidə edilir:
 
"Bəzi söküntü işləri kirayə mənzil bazarında qiymətlərin qalxmasına təsir edir. Alış-satış bazarında isə əsasən lüks mənzil bazarında mühüm dəyişikliklər nəzərə çarpır. Bu cür mənzil bazarında ciddi ucuzlaşma olsa da, 1, 2 otaqlı mənzil bazarında qiymətlərdə dəyişiklik nəzərə çarpmır”. 

İqtisadçının sözlərinə görə, bu da son iki ildə tikinti işlərinin azalması ilə əlaqədar idi:
 
"2017-ci ilin sonu və bu ilin əvvəlindən etibarən mənzil bazarında dinamiklik artıb. Sosial mənzillərin tikintisi bazarında canlanma yaratsa da, təəssüflər olsun ki, 1 və 2 otaqlı mənzillərdə ucuzlaşma nəzərə çarpmır. Bu da tələbin yüksək olması ilə əlaqədardır. Az da olsa, yaxın aylarda 1 və 2 otaqlı mənzil bazarında bahalaşma olacaq”. 

İqtisadçının sözlərinə görə, bahalı mənzil bazarının alıcıları getdikcə "Bu mənzil bazarının alıcıları daha çox Rusiyadan gələn idi. Rusiyadan gələn vəsait isə son 3 ildə azalır”. 

Nigar Məhərrəm
Sfera.az

OXŞAR XƏBƏRLƏR