“Mənim Təhsilim, Mənim Gələcəyim!” kampaniyasının “ÖZ” məzunları

“Mənim Təhsilim, Mənim Gələcəyim!” kampaniyasının “ÖZ” məzunları

"Mənim Təhsilim, Mənim Gələcəyim!” kampaniyası "ÖZ” Akademiyasının və "ÖZ” Media Məktəbinin tələbələrini məzun edib. Kampaniyanın icra etdiyi hər iki layihə gənclərin şəxsi inkişafının artırılmasına xidmət edir. Həmçinin, gələcək iş fəaliyyətlərində lazım olan biliklərin mənimsənilməsi üçün mütəxəssislərlə iştirakçılar arasında fikir mübadiləsi aparılır.
"Mənim Təhsilim, Mənim Gələcəyim!” kampaniyasının rəhbəri Rəşad Bayramov qeyd etdi ki, "Biz gənclərimizin inkişafı üçün qeyri-formal təhsilin vacib olduğunu bilirik. Gənclərimizi öz sahələrinin mütəxəssisləri ilə görüşdürmək bizim fəaliyyətin əsas hissələrindən biridir. Hər bir gəncin təkliflərinin və təşəbbüslərinin yanındayıq. Önəmli olan odur ki, gənclərimizin fikri sağlam və faydalı olsun. Öz fəaliyyətimizlə cəmiyyətə öyrənmək zamanı olduğunu bildiririk.”
Diplomların təqdim etməsində iştirak edən "Mənim Təhsilim, Mənim Gələcəyim!” kampaniyasının fikir müəllifi, Demokratik İslahatlar Partiyası sədrinin humanitar məsələlər üzrə müşaviri Rövşən Nəcəfov öz çıxışında deyib: "Gənclik bizim etdiyimiz seçimlərlə formalaşır. Biz öz seçimlərimizlə uğurun arxasınca getmək yox, uğuru özümüzlə istədiyimiz yerə apara bilərik. Uğur üçün ən böyük vasitə təhsildir. Təhsil insanın özünü tapması üçün istiqamət verir. Gələcəyimizin istiqaməti təhsilimizə bağlıdır. O təhsil ki, onu biz özümüzə veririk. Biz sağlam və faydalı fikirlərimizlə cəmiyyətimizin maariflənməsində fəaliyyət göstərməliyik.”



OXŞAR XƏBƏRLƏR

Poçettinonun taleyi sual altındadır - Klub qərar verməyib 

  "Çelsi" komandanın baş məşqçisi Maurisio Poçettinonun gələcəyi ilə bağlı qərar verməyib.   Sfera.az bildirir ki, London klubunun...

Azərbaycanda boşanmalara səbəb olan FAKTLAR: "Ataları, babaları yaşında kişilərlə..." 

Son zamanlar yalançı evliliklərin artması, bu istiqamətdə planlı atılan addımlar müzakirə obyekti olub. İddia edilir ki, bəzi xanımlar və ya bəylər qarşı tərəfl...

Elmira Süleymanova VƏFAT ETDİ - YENİLƏNDİ

Azərbaycanın ilk ombudsmanı Elmira Süleymanova dəfn olunub.   Sfera.az xəbər verir ki, mərhumə II Fəxri xiyabanda torpağa tapşırılıb.   **...

Alen Simonyan: "Ermənistan və Azərbaycanın bir-birinə qarşı ərazi iddiası yoxdur"

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki, Ermənistan və Azərbaycanın bir-birinə qarşı ərazi iddiası yoxdur.   Sfera.az “Sputnik-Armenia&rd...

Azərbaycanda üçotaqlı evlər daha çoxdur – STATİSTİKA

2023-cü ilin məlumatına əsasən, Azərbaycanda mövcud olan evlərin bir sakinə düşən ümumi sahəsi 19,5 kvadrat metr, yaşayış sahəsi isə 14 kvadrat metr olub. ...

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində OLDULAR - FOTO - YENİLƏNDİ

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdam şəhərində olublar.   Sfera....