“Mənim şəhid olduğumu anama deməyin”-23 yaşlı şəhid kapitan

“Mənim şəhid olduğumu anama deməyin”-23 yaşlı şəhid kapitan
Qarabağ savaşı minlərlə igid Azərbaycan oğlunun şəhid olması ilə nəticələndi. Onlar öz amalları, vətənə sevgiləri üçün savaşda idilər. Vətənin dar günündə Azərbaycana qayıdıb, silaha sarılan oğullardan biri də 23 yaşlı kapitan Saleh Musayev idi.
Saleh Musayev 7 aprel 1970-ci ildə Yevlax şəhərində anadan olmuşdu. 1976-cı ildə Yevlax şəhər 4 nömrəli məktəbə daxil olan Saleh , 1985-ci ildə bu məktəbin IX sinfini  əla qiymətlərlə başa vurur. 1985-ci ildə Bakıda yerləşən fizika-riyaziyyat təmayüllü liseyə daxil olur. 1987-ci ildə həmin məktəbi bitirərək Ukraynanın Poltava şəhərində yerəşən general N.F.Vatutin adına Zenit-Raket Komandirlər məktəbinin Quru qoşunlarının havadan taktiki müdafiəsi ixtisasına qəbul olunur. O arzularını gercəkləşdirmək yolunda bütün çətinliklərə dözürdü.  1991-ci ildə radio mühəndisi ixtisası ilə leytenant rütbəsində məktəbi bitir. Elə həmin ilin 23 iyun tarixində SSRİ Müdafiə Nazirliyinin 0641 nömrəli əmri ilə Poltavada 35705 saylı hərbi hissədə tağım komandiri vəzifəsinə təyin edilir.Amma Qarabağdakı savaş Salehin həyatını dəyişməyə məcbur edir. Bir neçə dəfə Azərbaycana göndərilməsi üçün müraciət edir. Sonda öz qərarını verir, rus ordusunda xidmətdən imtina edərək Azərbaycan ordusuna yazılır. O Gəncə şəhərində yerləşən 732 saylı hərbi hissəyə tabor komandiri  təyin edilərək ön cəbhədə döyüşlərə göndərilir. İlk döyüşlərini Goranboy cəbhəsindən başlayan Saleh Ağcakənd, Başkənd və bir sıra məntəqələrinon azad edilməsində fəal iştirak edir. Daha sonra Ağdam rayonunun Sırxavənd kəndinin azad edilməsində aktiv rol oynayır.

Azərbaycan Ordusunun 1992-ci iliyin iyununda başladığı əks-hücumunda Saleh və batalyonu da aktiv iştirak edir. Marquşavan, Həsənqaya, Gödəkburunun azad edilməsində müstəsna xidmətləri olur. 1992-ci il 14 noyabr tarixində Ağdərənin Çıldıran kəndi uğrunda gedən qeyri-bərabər döyüşdə Saleh son anadək döyüşü idarə edir. Döyüş zamanı atışma mövqeyini dəyişərkən minaya düşür.

Yoldaşları cəsədini çətinliklə də olsa qarlı döyüş meydanından çıxara bilirlər. Kəskin qan itirmədən vəfat edir. Ölümündən öncə:”Mənim şəhid olduğumu anama deməyin”-deyərək gözlərini əbədi yumur. Doğulduğu Yevlax şəhər Şəhidlər Xiyabanında dəfn edilib.
 
 Saleh Musayev ölümündən cəmi iki gün öncə kapitan rütbəsi ilə təltif edilmişdi. 

Yevlaxda yaşadığı küçə də hal-hazırda onun adını daşıyır. Gəncə şəhər Kəpəz Hərbi Komissarlığının şəhidlər lövhəsində də şəkli var. Şəhid olan zaman Tərtər şəhər 703 saylı hərbi hissənin zabiti idi. 1991-ci ildə ailə qurmuşdu, bir oğlu var idi.

Saleh Musayev şəhid olduqdan sonra haqqında dövrün bir sıra mətbu orqanları yazmışdır. Onlardan biri də Xəlil Rza Ulutürkün oğlu şəhid Təbriz Xəlilbəylinin həyat yoldaşı Sevinc Xəlilbəylinin qəzetdə yazdığı məqalədir:

"Saleh Musayevin 23 yaşı var idi. Belə gənc olmasına baxmayaraq, Vətən uğrunda savaşlarda oddan-alovdan keçmişdi. Torpaqlarımızı erməni işğalçılarından təmizləyən qəhrəman oğullarımızdan biri, mənim ömür-gün yoldaşım Təbrizin silahdaşı, cəbhə dostu idi.
Saleh noyabrın 14-də Ağdərə bölgəsinin Çıldıran kəndi ətrafındakı döyüşlərdə qəhrəmancasına həlak oldu. Mənə elə gəldi ki, təkcə Təbrizimin dostunu yox, öz doğma qardaşımı itirdim. Amma təsəllim odur ki, torpaq uğrunda vuruşub torpağa gömülən bu igid oğulları, ərləri vətənimiz Azərbaycan bütün xalqımız zaman-zaman bir qələbə bayrağı kimi öz başı üzərinə qaldıracaq.”


OXŞAR XƏBƏRLƏR

Müdafiə naziri Quru Qoşunlarının rəhbər heyəti ilə GÖRÜŞDÜ - FOTO/VİDEO

Quru Qoşunlarının qərargahında Aprelin 20-də müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə xidməti müşavirə keçirilib.   Bu barədə ...

Medianın İnkişafı Agentliyi jurnalistlərə ÇAĞIRIŞ ETDİ

Ermənistanın və bir sıra digər xarici ölkələrin media resurslarında Azərbaycan ərazisindən üçüncü dövlətə qarşı hərbi məqsədlərlə istifadə edilməsi haqqında mən...

TƏBİB-dən Cavanşir Məmmədovun ölümü ilə bağlı AÇIQLAMA: "Həkiməqədər..."

"Əməkdar artist Cavanşir Məmmədovla bağlı bu gün saat 12:03-də Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub".  ...

Rusiya kvotanı artırdı – Daha çox taxıl ixrac ediləcək

Rusiya hökuməti taxıl məhsullarının ixracı üçün müəyyənləşdirdiyi kvotanı artırıb.  Sfera.az xəbər verir ki, bununla bağlı qərarı Nazirlər Kabineti qə...

“Anlamaq olmur ki, Qərb nə istəyir? ” – VİDEO

“Əslində Rusiya sülhməramlıların Qarabağa gəlişi də, gedişi də dünyada diskusiyalara səbəb olmuşdu. Burada qeyri-adi heç nə yoxdur. Çünki burada söz sahib...

Cavanşir Məmmədov VƏFAT ETDİ

Əməkdar artist Cavanşir Məmmədov dünyasını dəyişib.   Sfera.az-ın  Axşam.az-a istinadən məlumatına görə, müğənni bu gün 70 yaşında qəfil ür...