“Mənim oğlum oliqarx deyil, 420 manat maaşa işləyirdi...” - \"RANGE ROVER\"LƏ ADAM VURAN SÜRÜCÜNÜN ANASI

“Mənim oğlum oliqarx deyil, 420 manat maaşa işləyirdi...” - \
Bakının Nizami rayonunda, aprelin 30-da axşam baş vermiş yol-nəqliyyat hadisəsi ətrafında yaranmış ajiotaj nəhayət aydınlaşıb. Hadisəni törətmiş sürücünün anası bu gün redaksiyamızla əlaqə saxlayıb və oğlunun oliqarx-filan olmadığını, avtomobillərin alqı-satqısı üzrə ixtisaslaşmış avto.az saytında 420 manat maaşa işlədiyini, hazırda isə işləmədiyini deyib.

Xatırladaq ki, Bakı şəhər sakini Mahir Əsədovun idarə etdiyi 90 OG 002 dövlət nömrəli "Range Rover” avtomobili "Neolit” şadlıq sarayının qarşısında yolu keçməyə çalışan piyadanı vurub, piyada digər hərəkət zolağına düşüb və bu vaxt "Mercedes” markalı başqa avtomobil onun üstündən keçib. Piyada ağır xəsarətlər alaraq 3 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdirilib.

Bu hadisə barədə xəbər yazan saytlar Mahir Əsədovun eyni dövlət nömrə nişanı daşıyan "Audi” və "Mercedes” markalı daha iki avtomobilə sahib olduğunu, sürücünün hadisə yerindən qaçdığını iddia etmişdi. Virtualaz.org bu hadisə ilə bağlı müvafiq strukturlardan əlavə məlumat əldə etməyə çalışsa da nə qəzanı araşdıran müstəntiq, nə digərləri əslində məsələnin necə olduğunu açıqlamamışdılar. Və qeyri-rəsmi mənbələr hadisəni törədən sürücünün "tikinti biznesi ilə məşğul olan oliqarx” olduğunu bildirmişdilər.

Lakin sürücü Mahir Əsədovun anası Zülfiyyə Əsədova redaksiyamızla əlaqə saxlayaraq bildirib ki, onun oğlunun cəmi 26 yaşı var, avtomobillərin alqı-satqısı üzrə ixtisaslaşmış saytda cüzi maaşla işləyirdi. Və həmin avtomobili də satmaq üçün almışdı.

"Burada doğru olanı ancaq budur ki, həmin 90 OG 002 dövlət nömrə nişanı oğlumun adınadır, şəkillərdə göstərilən avtomobillərin heç biri ona məxsus deyil. Avtomobillərdən ikisi əvvəllər avto.az saytında satışa çıxarılıb və artıq satılıb. Biz 2 otaqlı evdə yaşayırıq, oğlum ailəsini çətinliklə dolandırır, körpə uşağı var, avtomobil alıb satır ki, beş-on manat əlavə qazansın. ”-Z.Əsədova deyir.

Sürücünün anası bildirir ki, saytların yazdığı kimi onun oğlu hadisə yerindən qaçmayıb, həmin vaxt maşında olan dostu ilə birlikdə yaralı piyadaya yardım göstərib. Təcili yardım çağırılıb, piyada xəstəxanaya yerləşdirilib. Və oğlu hadisə ilə bağlı 48 saat müddətinə saxlanılıb, hazırda polisdədir. Atası onun hüquqlarının müdafiəsi üçün vəkillə müqavilə bağlayıb.

"Oğlum danışır ki, həmin yolda radar olduğu üçün maşını aşağı sürətlə sürürdü. Kamera görüntülərindən də təsdiq olunub ki, sürət təxminən saatda 50 km olub. Piyada oğlumun idarə etdiyi maşına dəyəndən sonra səndələyib, digər zolağa keçib, sonra üçüncü zolağa yıxılıb, həmin zolaqla hərəkət edən avtomobil də görməyib üstündən keçib”-o bildirir.

Z.Əsədova deyir ki, yaralı piyadanın müalicəsi üçün əllərindən gələni ediblər, ailəyə yardım göstəriblər. Hərçənd onların özlərinin də maddi imkanı yaxşı deyil.

DİN-in mətbuat xidmətinin rəis müavini, polis polkovniki Orxan Mansurzadə isə virtualaz.org-a açıqlamasında bunları deyib: "Hadisə aprelin 30-da axşam saatlarında baş verib. Piyada R.Məmmədov yolu piyadaların keçməsi üçün nəzərdə tutulmayan yerdən keçərkən vurulub. İstintaq araşdırması nəticəsində məlum olub ki, piyada "Range Rover” markalı avtomobilin sağ güzgüsünə və sağ qabaq "qanadına” dəyib. Piyada yıxılıb, bu vaxt eyni istiqamətdə, başqa zolaqla gələn "Mercedes” markalı avtomobil onu vuraraq sürükləyib. "Mercedes”in sürücüsü hadisə yerindən qaçıb. "Range Rover”in sürücüsü isə avtomobili yolun kənarına çəkərək saxlayıb, öz dostu ilə birlikdə piyadaya yardım göstərib, onlar təcili yardım çağırıblar, piyada xəstəxanaya çatdırılıb. Hadisə ilə bağlı CM-nin 263.1-1. maddəsi ilə cinayət işi başlayıb, araşdırma başlanılıb. "Mercedes”in sürücüsü daha sonra saxlanılıb. Hər iki sürücüdən izahat alınıb, müvafiq avtoekspertizanın rəyindən sonra hadisəyə hüquqi qiymət veriləcək”.

OXŞAR XƏBƏRLƏR

Rusiya sülhməramlılarının Azərbaycandan çıxması prosesi davam edir

2020-ci il 10 noyabr üçtərəfli bəyanatına əsasən, Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlı kontingentinin nəzərdə tutulan beş ...

"30 min riyaziyyat və xarici dil müəllimi sertifikasiya imtahanı verəcək" - RƏSMİ

"30 min riyaziyyat və xarici dil müəllimi sertifikasiya imtahanı verəcək".   Sfera.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi ...

Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra etdilər - VİDEO

Müdafiə nazirinin təsdiq etdiyi 2024-cü ilin hazırlıq planına əsasən, Azərbaycan Hərbi Hava Qüvvələrinin aviasiya vasitələri təlim-məşq uçuşlarını icra ediblər....

Energetika naziri ABŞ-yə səfər etdi

Energetika naziri Pərviz Şahbazov BMT Baş Assambleyasının prezidenti Dennis Francisin dəvəti ilə ABŞ-yə səfər edib.   Nazirlikdən Sfera.az-a ver...

Bu tarixlərdən I sinfə qəbul və məktəb seçimi BAŞLAYIR - Valideynlərin NƏZƏRİNƏ!

Birinci sinfə qəbul üzrə qeydiyyat tarixləri açıqlanıb.   Sfera.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyin...

Sabah 30 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək.   B...