“Məni üç uşaqla kim alar?” - FOTOLAR

“Məni üç uşaqla kim alar?” - FOTOLAR

"Həyatımda qığılcımlar olur. Hiss edirəm ki, sevgi başlanır. Sonda görürəm ki, alınmadı. Xasiyyətim pisdir. Çox qayğı istəyirəm, qısqancam. Niyə mənə zəng etmədi deyib, bloka atıram. Münasibəti bitirən tərəf həmişə mən oluram".

Sfera.az xəbər verir ki, bu sözləri Axşam.az-ın suallarını cavablandıran rəqqasə Renka Ağamuradova deyib.

Son günlər paylaşdığı arxiv fotolarından danışan sənətçi gəlinlikdə olan görüntülərinə görə xeyli mesaj aldığını söyləyib:

"Arxiv fotolarımdan sonra İnstaqramıma yüzlərlə mesaj gəlmişdi. Dedilər ki, gəlinlikdə necə məsum düşmüsən".

Renka bildirib ki, yenidən ailə qurmaq fikri ona uzaqdır:

"Qoca arvadam, ərə getmək fikrim yoxdur. Kimə lazımam ki, mən? 34 yaşım var. Qızlar doludur. Məni üç uşaqla kim alar? Biləndə ki, üç uşağım var qaçırlar. Əcnəbi vətəndaşla da ailə qurmaram, ingiliscə danışa bilmirəm. Onu necə başa salacam? İndi bir ay sonra xəbər çıxacaq ki, ərəbə ərə gedirəm. Deyəcəksiz nə oldu, ay gopçu?".