Mənəviyyatına çat düşənlər...

Mənəviyyatına çat düşənlər...
Qədim yunan filosofu sinoplu Diogeni (e.ə.404 - e.ə.323) uşaqlar daşlayırmış, özünü bir təhər qoruyan filosof başını qaldırıb ona ən böyük daşı atan uşağa deyir:
-         Məni daşlama, hara atsan, öz atana dəyəcək!
Epiqraf əvəzi...

Emin Milli "Meydan” TV-dən istefa verəndən sonra radikal müxalifət düşərgəsindəki "lider”lərin və xaricdə şöngüyüb böhtan tətiyini ölkəmizə tərəf tuşlayan "siyasi mühacir”lərin nə cür reaksiya verəcəkləri məndə maraq oyatdı. Müşahidə elədim: Məhəmməd Mirzəli yenə də əlinə "paz” götürmüşdü, özünə, ailəsinə hörmət qoyan bir adam (?) bütün siyasi hadisələrə "paz”la-odun parçası ilə reaksiya verərmi? Təhsil, savad, bilik, tərbiyə, əxlaq yox, bacardığı budur da. Facebookda canlı efirə çıxan kimi ilk cümləsi də bu olur: "Bıy-bıy, nətərsüz aaa, indi baxun, görün nətər vidyo qoyacoğ a”. Deməli, istənilən deputat, məmur hansısa məsələ ilə bağlı mətbuata açıqlama verir, bir də baxırıq ki, Məhəmməd yenə də "İŞİD” sevdalısı İnqilab Kərimovla əlinə "paz” alıb həmin deputatı, məmuru açıq söyüşlərlə təhqir edir. Hamıya daş atır, daşlamadıqları adam qalmayıb. Allah Diogenə rəhmət eləsin! Məhəmmədi başa düşürük, 200 EURO-ya görə "qardaşım”, "döyüş (?-S.F) yoldaşım” dediyi Tural Sadıqlını canlı efirdə biabır elədi. Açığı deyim ki, sən demə, bu həşəratın eyiblərini elə Tural örtürmüş, ondan ayrılan kimi başladı "paza”a, söyüşə... Amma Məhəmmədlə bağlı daim iki sual məni düşündürür: 1). Bu adam xaricdə oturub dövləti, dövlət adamlarını, onun kimi düşünməyən insanları ömrünün axırına qədər orda rahat oturub söyə bilməyəcəyini bilirmi? 2). "Mən Fransadan zəmanət almışam” deyə öyünən bu uşaq başa düşürmü ki, Azərbaycan xalqını, insanlarımızı təhqir etməklə bütün ipləri qırıb və vaxt olacaq bu ölkəyə əli qandallı xain kimi gətiriləcək!?

Budur e, "Formula-1”-də Böyük Britaniyanın "Williams” komandasının pilotu C.Rasselin bolidinin təkəri lyuka düşən kimi Orduxan Temurxan yenidən saçlarını hörükləyib başladı bu məsələdən danışmağa. Adam rəsmən dəli imiş, Hollandiyada kanalizasiya "lyuk”ları ilə söhbət edirdi. "Lyuk”larla bu barədə sual-cavab edirdi, ədəbsizcəsinə... Dövlətin atributlarını dolayısı ilə lağa qoyur, baş vermiş bu hadisəyə elə sevinir ki, sanki Azərbaycanda nəsə ciddi bir olay baş verib və xalq buna susmamalıdır. Bütün ölkələrdə arzuolunmaz hadislər baş verə bilər, eləcə də, idman yarışlarında bu tip hadisələrin olması normaldır və bizdən öncə də bir neçə ölkədə pilotların bolidləri "lyuk”a ilişib. Amma buna sevinmək olarmı? Bunun üçün qan milli "filtr”dən hansı həssaslıqla yan keçməlidir ki? İraq olsun, sabah ölkədə bir terror olsa, inanın "orduxankimilər” sevindiklərindən şıllaq atıb-çəpik çalacaqlar. İnanın. Həttat terrora dəstək də verəcəklər. Orduxanla bağlı heç bir sual məni narahat etmir, Emin Millinin istefasından sonra düşdüyü ümidsiz durum hər şeyi deyir.

Polsi bölməsinin həyətində doğma anasını döyən, cəbəhəçilərin "anam, bajım” dediyi Fatimə Mövlamlı Emim Millinin istefasından necə qəzəblənibsə, bu dəfə sırğalı dodaqlarını Sevinc Osmanqızı üçün çömərdib. Vaxtilə polis bölməsində ən məşhur "işverən” kimi siyahıda olan, "massaj salon”larının "gülü” olan bu qız (?) sonra nə baş verdisə, oldu müxalifətçi...

İndi də keçib "reket” jurnalistikaya, şikayətçilərin evlərinə gedib puldan-paradan alıb qoyur cibinə. Kişinin qızı problem həll edirmiş. Hansısa "reket” əməlinə görə həbs edilsə, sabah Oqtay Galalıiyev onu da salacaq "siyasi məhbus” siyahısına. Oqtay da yeni bazar müdiridir axı, pulunu verib adını "siyasi məhbus” siyahısına saldırırsan. Qiyməti də var: 10 min manat!
 


Samir FEYRUZ 


OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...