\"Mənə deyirdi, \"əmi, toyumu Bakıda edərsiniz\"\" - Dilbər son mənzilə yola salındı - FOTOLAR

\

Sankt-Peterburq metrosunda baş verən partlayış nəticəsində həyatını itirən 21 yaşlı azərbaycanlı gənc Dilbər Əliyevanın cənazəsi bu gün torpağa tapşırıldı. Sputnik Azərbaycan-ın əməkdaşının da qatıldığı dəfn mərasimində yüzlərlə insan iştirak edib. Başsağlığına gələn insanlar üçün ərazidə 3 yas çadırı qurulmuşdu.

Sfera.az sputnik.az-a istinadən bildirir ki, Dilbər Əliyeva ilə vida marəsimi Dilbər Əliyevanın əmisi Zakir Əliyevin sözlərinə görə, Dilbər 1996-cı ildə Sankt-Peterburqda dünyaya gəlib, Rusiya vətəndaşı olub. Əslən Gürcüstandan olan Əliyevlər ailəsi uzun illər Sankt-Peterburqda yaşayıb. "Çox sevimli qız idi. Bu il institutu bitirəcəkdi. Sonuncu kursda oxuyurdu..." - deyir əmisi.

Z. Əliyevin sözlərinə görə, hadisə barədə internet vasitəsilə məlumat alıb. Sonradan qardaşına zəng edərək, ondan Dilbərin ağır yaralandığı xəbərini öyrənib: "Sonra dedilər ki, onun həyatını qurtarmaq mümkün olmayıb".

 

Yas çadırı "Dilbərin qardaşı da Sankt-Peterburda təhsil alır. Bir bacı, bir qardaş idilər. Qardaşım qızın təhsilini bitirməsini gözləyirdi. Deyirdi ki, "qız təhsilini bitirsin, köçüb gələcəyik Azərbaycana". Onlar Azərbayacan çox bağlı bir ailədir" - Z. Əliyev danışır. Dilbərin xalasının yoldaşı Musa Rzayev də onu pozitiv bir qız kimi xarakterizə edib: "Sankt-Peterburq Universitetinin Psixologiya fakültəsində təhsil alırdı. Çox savadlı qız idi. Arzulayırdı ki, uşaq psixoloqu olsun. Uşaqları çox sevirdi".

Cənazə namazı M. Rzayev bildirir ki, hadisəsən sonra Dilbərin atası ona zəng edərək, Dilbərin başına gələnləri danışıb: "Dedi, sağ tərəfdən yaralanıb. Qəlpələr sağ qolunu parçalayıb, ayağını qoparıb, xəstəxanaya gedənədək çox qan itirib. Sonra da dünyasını dəyişib". "Yayda Dilbər bir ay Bakıda qaldı. O, fərqli uşaq idi. Onun elə ideyaları, elə fikirləri vardı ki... Mənə deyirdi, "əmi, toyumu Bakıda edərsiniz". Qismət olmadı" - Rzayev bunları danışdıqca göz yaşlarını saxlaya bilmir...

Dilbərin atası və qardaşı onun məzarı başında Nəhayət Dilbərin cənazəsi götürüldü. Bu acıya dözmək çətin idi. Anası Güllü xanım, bibiləri, nənələri Dilbəri oxşayıb ağlayırdılar. "Kəfənimi oğurladın, a bala" - deyə nənəsi inildəyirdi. Dilbərin dostu Ülvin Şirinzadənin sözlərinə görə, Dilbər genişürəkli, həyatsevər qız olub: "Mehriban idi, valideynlərinə çox hörmət edirdi. Uzun müddət Rusiyada yaşasa da, vətənini çox sevirdi. Ailəsi düşünürdü ki, Azərbaycana qayıdıb, burda yaşasınlar. Ancaq qismət olmadı". "Ən böyük arzusu psixoloq olmaq idi. Deyirdi ki, psixoloq olub, insanların dərdlərinə şərik olmaq istəyir. Amma özü bir dərd oldu sevənləri üçün. Biz onu tez itirdik. Allah rəhmət eləsin" - deyir Ülvin. Dilbər Əliyeva Suraxanı, Dədə Qorqud qəsəbəsində yerləşən qəbiristanlıqda dəfn edildi.

Dilbər Əliyeva Dədə Qorqud qəbiristanlıqda dəfn edildi Xatırladaq ki, bu il aprelin 3-də Rusiyanın Sankt-Peterburq metrosunun "Sennaya ploşad" və "Texnoloqiçeskiy institut-2" stansiyalarında baş verən partlayış nəticəsində 14 nəfər ölüb, 49 nəfər isə xəsarət alıb. Rusiya Federasiyasının İstintaq Komitəsi hadisə ilə əlaqədar "Terror aktı" maddəsi ilə cinayət içi açıb.


OXŞAR XƏBƏRLƏR

Sülhməramlılar Azərbaycan ərazilərini niyə vaxtından əvvəl tərk etdi?

Rusiya sülhməramlılarının Azərbaycan ərazilərini 10 noyabr 2020-ci il üçtərəfli bəyanatında yer alan müddətdən daha tez tərk etmələri, şübhəsiz ki, ilk növbədə ...

Britaniya İrana qarşı sanksiyalar siyahısını GENİŞLƏNDİRDİ 

Böyük Britaniya İsrailə hücumlar fonunda İrana qarşı sanksiyalar siyahısını genişləndirib.   Sfera.az TASS-a istinadən xəbər verir ki, 13 İran rəsmis...

Respublika Pediatriya Mərkəzi yaradıldı

Əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətinin daha da yüksəldilməsi və tibb müəssisələrində optimallaşdırma işlərinin həyata keçirilməsinin təmin edilməsi ...

️Piyada diqqətsizliyi ağır qəzaya səbəb oldu

Bu gün saat 16:45 radələrində ADY-yə məxsus yük qatarı Hacıqabul stansiyasında hərəkətdə olarkən bir qadın qəfil qatarın qarşısına çıxıb.   Sfera.az ...

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Azərbaycanla Türkiyə arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutma ləğv edilir.   Sfera.az Report-a istinadən xəbər verir ki, ...

Rusiyaya aparıldığı iddia edilən ukraynalı uşaqlar Almaniyadadır? - İDDİA

"Ukrayna hüquq-mühafizə orqanlarının əməkdaşları Almaniyada Rusiyaya aparıldığı hesab edilən 161 uşaq tapıblar".  Sfera.az “Ukrinform&...