\"Mən xalqın çiyinləri üstündə gedəcəyəm, İlhamənin getməyini gördük də...\"

\
 
Tanınmışların müxtəlif qalmaqallarla gündəmə gəlməsinə adət etsək də, son zamanlar bu xəbərlərin sırasına daha biri əlavə olunub- ölüm xəbərləri. Bu xəbərləri yaynların son ünvanı isə xalq artisti Flora Kərimova olub.

Flora Kərimova xəbərin yaylmasından dərhal sonra mətbuata açıqlamasında yayılan xəbərlərin yalan olduğunu bildirsə də, bu xəbərlərin niyə və kimlər tərəfindən yayılması hələ də açıq olaraq qalır.

Sfera.az xəbər verir ki, cebhe.info-ya açıqlama verən Flora Kərimova barəsində yalan informasiya yayan saytları məhkəməyə vermək niyyətində olmadığını deyib: "Şükürlər olsun ki, sağ-salamatam. Mən onları məhkəməyə verib, çörəyini kəsmək istəmirəm. Belə yazılar onların ailələrini dolandırmaq üçün yeganə yoldursa, mən onların çörəyini kəsmək istəmirəm. Yazıqlar olsun sadəcə... Mən çox yaxşı bilirəm ki, bu kimlər tərəfindən yayılır, kimlər tərəfindən tirajlanır. Mənim onlara reaksiyam onlar üçün böyük bir hədiyyə olar. Necə deyərlər, it hürər, karvan keçər. O saytları qızışdıran insanlar danışıb-danışıb dayanacaqlar. Mənim barəmdə olmazın sözlərini yazdılar.

Gah dedilər, səsim yoxdur, gah dedilər, səsim tutulub, gah dedilər, plagiatdı... Nələr deməyiblər ki? Mən heç vaxt döşümə döyməmişəm, amma elə hərəkətləri mən bu illər ərzində çox görmüşəm. Lakin xalqın sevgisi, xalqın rəğbəti, məhəbbəti mənə enerji verir. Heç vaxt onlar heç nəyə nail ola bilməyəcəklər. Təsəvvür edin özlərini necə alçaldıblarsa, məlumat yayırlar ki, İlhamə Quliyevanın Flora adında qızı peyda olub. Nədir ki, Floranın adını qalmaqalda hallandırsınlar. Əgər bunların çörəyi bundan çıxırsa, elə bilərəm gəldi qapımı döydü əl açdı, sədəqə verdim, getdi.

Onların qüdrəti ancaq yazmağa çatır. Vətənimiz üçün canından keçmiş vətən oğullarımızın dəfn mərasimində, anım mərasimində onların heç birini də görmədim. Qarabağ qışqıranda, mitinq edəndə görmədim. Mən tək idim, tək də qaldım... İlhamə Quliyeva heç sağlığında məni gözdən sala bilmədi, onun tör-töküntüləri kimdir ki, hansı qüdrətin sahibidir ki, məni gözdən salsınlar? Nə vaxtsa ölüm mənim də qapımı döyəcək, ancaq mənim yoxluğumu xalqın göz yaşları yuyacaq. Mən bu xalqın çiyinləri üzərində gedəcəm. Elə bilirsiniz mən İlhamənin tərəfini saxlayacağam? Gördük onun da getməyini...”.


OXŞAR XƏBƏRLƏR