Mən niyə evdə qalıram?

Mən niyə evdə qalıram?
 

Tam səmimi etiraf edim ki, fərd olaraq koronavirus (COVID-19) pandemiyasından qorxmuram. Yəni ən azından fiziki gücümə və bədənimin buna qarşı gələ biləcəyinə inanıram. Yəqin ki, mənim kimi düşünənlər az deyil.

Dünyada yoluxma və ölüm sayına, ölənlərin yaş qrupuna baxanda, eyni zamanda elə Azərbaycanda bu virusdan vəfat edən şəxslərin xəstəliklərinin siyahısına nəzər saldıqdan sonra bir az da əminlik yaranır.

Bəs bütün dünyada niyə sosial izolyasiya tədbirləri həyata keçirilir? Niyə bizə evdə qalmaq tövsiyə olunur? Ən əsası niyə evdə qalmalıyıq?

Statistika göstərir ki, koronovirus pandemiyasına yoluxanların böyük əksəriyyəti heç bu xəstəliyi hiss etmir. Xüsusi müalicə tələb etmədən virus bir müddət sonra aradan gedir. Amma yaşlı, xəstə insanlarda bu özünü daha qabarıq şəkildə büruzə verir. Virusun ən böyük təhlükəsi isə tez yayılması, insandan-insana keçməsidir. Yəni virus daşıyıcısı olan bir şəxs asanlıqla ətrafında olan insanları yoluxdura bilər.

Bəzən insanlar virusu adi bakterioloji xəstəliklərlə qarışıq salır. Virus özü müstəqil canlı orqanizm deyil. Onun yaşaması üçün canlı bir orqanizmdə olması mütləqdir. Ona görə də, əşyalarda koronavirusun uzun müddət qalmadığı bildirilir. Yəni dezinfeksiya işləri də ona görə aparılır ki, virus elə həmin dəqiqə məhv olsun.

Amma...

Bir çox azərbaycanlılar kimi mən də sözümün əvvəlində dolayı yolla "mənə heç nə olmaz" dedim. Amma bu mənim sosial məsuliyyət daşımadığım anlamına gəlmir. Dövlət tərəfindən görülən tədbirlər, müxtəlif işlər təbii ki, vətəndaşlar üçün hesablanıb. İlk növbədə bir vətəndaş olaraq qanunlara tabe olmaq və qaydalara əməl etmək borcumuzdur. İndi deyək ki, bunun məsuliyyətini dərk edə bilmirik. Savadımız bura qədər çatmır. Yaxşı, bəs bir insan olaraq düşünmək qabiliyyətimiz var axı. Niyə ancaq "mən"lə yaşayırıq?! Axı heç kəs olmayan adada deyilik. Yuxarıda qeyd etdiyim kimi virusu daşıyaraq yaya bilərik ki, bundan əzab çəkən insanlar olar.

İndi kimsə qınaya bilər ki, "sənin ağzın isti yerdədir, günəmuzd işləyənlər nə etsin?!" Olsun buna bir söz demirəm. Amma avtobus gələndə basabas salmaq, oturacağın üstündə məsafə saxlamaq barəsində elan olduğu halda oturmaq, işdən çıxanda "hava almaq üçün" küçədə gəzmək kimi hərəkətlərə nə ad verək?

Kimsə zərurətdən maşınla çıxır, başa düşüləndir. Amma "qaqaş, axşam çıxaq şəhərə, yollar bom-boşdur" fikirləşənlərə nə deyək?

Ümumiyyətlə, sosial məsuliyyət anlayışı bizdə bir qədər zəifdir. Acı da olsa, etiraf etmək məcburiyyətində qalıram. Məsələn, şəxsi əmlakımıza cüzi bir zərər dəysə, günlərlə bunun depressiyasını yaşayırıq. Amma ümumi istifadə olan bir əmlakı rahatlıqla sındıra bilirik. Bax hər şey də buradan başlayır.

Yaşlı insanlara "evdə otur" deyəndə, onlar darıxdıqlarını bildirirlər. Amma anlamaq lazımdır ki, qeyd etdiyimiz kimi virusu hiss etmədən daşıyan birisi ona xəstəliyi ötürə bilər. Nəticədə isə onlarla tibb işçisi öz həyatını təhlükəyə ataraq ona xidmət etmək məcburiyyətində qalacaq.

Əzizlərim! Yaman günün ömrü az olar deyiblər. Bu günlərdə bir az səbirli olmaq, birlik nümayiş etdirmək və sosial məsuliyyəti dərk etmək lazımdır.

P.S. Yaponiya koronovirusun yayıldığı ilk ölkələrdən biridir. Hətta ilk ölüm halı da fevral ayında qeydə alınmışdı. Amma bu günə qədər ölkədə karantin belə, elan olunmayıb. Sadəcə, insanlar özləri lazım olan qaydalara əməl edirlər. Polisin küçələrdə tədbir görməsinə, səsucaldıcı ilə xəbərdarlıq etməsinə ehtiyac belə yoxdur...


OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...