Məmurlara WhatsApp və Telegrama daxil olmaq qadağan edildi

Məmurlara WhatsApp və Telegrama  daxil olmaq qadağan edildi
 

ABŞ-ın sabiq kəşfiyyat zabiti Edvard Snouden rəsmi şəxslərə və hökumət üzvlərinə WhatsApp, həmçinin Telegram mesencerindən istifadə etməməsi mövzusunda xəbərdarlıq edib. Sfera.az bildirir ki, bu barədə o, France-İnter radiostansiyasına verdiyi müsahibədə Baş nazir Eduar Filipin WhatsApp-a və prezident Emmanuel Makronun isə Telegram-a üstünlük verməsinə münasibət bildirərkən deyib.

 

O, nazirlərin WhatsApp-dan istifadəsini "böyük səhv" adllandıraraq, tətbiqin 2014-cü ildən Facebook Inc. tərəfindən alındığını xatırladıb. Snoudenə görə, bu, şirkətə lazım olduqda istifadəçilərin danışıqlarının və yazışmalarının məzmununu öyrənməyə imkan verir.

 

Keçmiş kəşfiyyatçı eyni zamanda Telegram-ı da tənqid edib.

 

"Baş nazirsinizsə, bu proqramların hər ikisi son dərəcə təhlükəlidir" deyə o, bəyan edib.

 

Bununla belə, Snouden həm WhatsApp, həm də Telegramın SMS mesajlarından daha etibarlı olduğunu etiraf edib.

 

Eyni zamanda, o, ən yaxşı şifrələməyə sahib olan Signal və Wire mesencerini tövsiyə edib.


OXŞAR XƏBƏRLƏR