Sİyasət

Məmurlara ağıl verən Gültəkin Hacı(yeva)bəyli güzgüyə baxmır - Keçmişi və mülkləri...

Məmurlara ağıl verən Gültəkin Hacı(yeva)bəyli güzgüyə baxmır - Keçmişi və mülkləri...
Məmurlara ağıl verən Gültəkin Hacı(yeva)bəyli güzgüyə baxmırİqtidara ağıl göstərən, guya onun iştirak etdiyi mitinqin təsirindən hökumətin yumşaldığını iddia edən keçmiş deputat, Milli Şura üzvü Gültəkin Hacıbəylinin varidatı göz deşir. 

Hakimiyyətin vaxtilə siyasətini mədh edən, YAP-ın mitinqində müxalifətin seçkini boykot etməsini pisləyən G.Hacıbəyli indi özünü qəhrəman kimi aparmağa çalışır. Türklər demiş, yeməzlər! 

Bu qədər sərvəti, mənzilləri, mülkləri, torpaqları olan MŞ üzvü G.Hacıbəyli indi məmurların talanından, iqtidarın səhvlərindən danışır. Ardıcıl 10 il deputat olmuş xanım Hacıbəyli nə üçün o zaman susurdu, niyə kapital yığırdı? 

Onda da müxalifətə dəstək ifadə edəydi, nazirləri, məmurları pisləyərdi. Amma 10 illik deputatlığı ərzində sərvət yığmış Hacıbəylinin yadına nə xalqın yaşayışı, nə insan haqları düşmüşdü. 

Elə ki, deputat olmadı, bəzi biznesi əlindən çıxdı, müxalifətə qoşuldu. Əli Kərimlinin onu yanında saxlaması taleyin ironiyasıdır. Məmurların mülklərindən danışan Hacıbəyli güzgüyə baxıb özünü görmür, ya da görməzliyə vurub. 

MŞ üzvünün Goranboyun Xan Qərvənd kəndində 92 sotluq torpaq sahəsi və üzərində yerləşən 400 kv. metr sahəsi olan nəhəng villası var. 

Xırdalanda 60 sot torpaq sahəsi, Goradildə 30 sot torpaq sahəsi, Mehdiabadda hər biri 4 sot olmaqla, 3 yerdə torpaq sahəsi, Şamaxının Qalebuğurd kəndində 12 sot torpaq sahəsi var. Özlərini prinsipial, əqidəli, barışmaz müxalifət hesab edən MŞ-nın üzvünün əmlakları bununla bitmir. 

Səbail rayonu, Şeyx Şamil küçəsində ofis, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, ev 251 a ünvanında 178,18 kv. metr sahəsi olan mənzil, Dilarə Əliyeva küçəsi, ev 251 A ünvanında 179,14 kv metr sahəsi olan digər mənzil Gültəkin Hacıbəyliyə məxsusdur. 

Habelə, Yasamal rayonu, İnşaatçılar prospekti, ev 12/26 ünvanında 63,3 kv metr sahəsi olan mənzil, Səbail rayonu, Mehdi Hüseyn küçəsi 61, ev 2 ünvanında mənzil keçmiş deputatındır. 

Nəsimi rayonu, Səməd Vurğun küçəsi, ev 92 A ünvanında mənzil, Goranboyun Nadirkənd kəndində 5 hektar, torpaq sahəsi var. 

Eyni zamanda Goranboyun Borsunlu kəndində 6,25 hektar, torpaq sahəsi, Aşağı Ağcakənd kəndində 1,76 hektar, torpaq sahəsi, Goranboyun özündə 58-ci məhəllədə hər biri 8 sot olmaqla, 2 torpaq sahəsi var. 

Onun millət vəkili olduğu illər ərzində verdiyi açıqlamaları müəyyən qismini diqqətinizə çatdırırıq. Necə deyərlər nöqtəsinə və vergülünə toxunmadan.

«…Düşünürəm ki, prezident İlham Əliyev andiçmə mərasimində verdiyi vədə əməl edir. Həmin vaxt o demişdi ki, bütün azərbaycanlıların prezidenti olacaq. İndi əməlləri ilə sübut edir ki, siyasi əqidəsindən asılı olmayaraq, hər bir azərbaycanlının prezidentidir». 
(07 aprel 2004)

«Hesab edirəm ki, ölkədəki bütün proseslər siyasi dialoq vasitəsilə əldə ediləcək. Əgər siyasi dialoq küçələrdə aparılırsa, xalqın rifahına, dövlətin inkişafına xidmət etmir. Dialoq sivil səviyyədə, parlament çərçivəsində, Dəyirmi masalarda aparılmalıdır». (04 may 2005-ci il)
«Bəziləri yenidən Azərbaycanda "siyasi məhbus" məsələsini gündəmə gətirməyə çalışırlar. Lakin mən düşünürəm ki, bu gün Azərbaycan-Avropa Şurası münasibətləri daha sağlam zəmin üzərində inkişaf edir. 

Bunun əsas səbəblərindən biri də "siyasi məhbus" məsələsinin həll edilməsidir. Bu problem demək olar ki, qapanıb. 

Arada mübahisə doğuran bir sıra xırda məsələlər var. Bu məsələlər də demək olar ki, həll olunmaq üzrədir. Bu baxımdan, düşünmürəm ki, "siyasi məhbus" məsələsi ilə bağlı Azərbaycanla Avropa Şurası arasında hər hansı gərginlik yaşansın. 

Ümumiyyətlə, AŞ-nin bu məsələni araşdıran Hüquq və İnsan Haqları Komitəsinin "siyasi məhbus" məsələsi ilə bağlı mandatı da bitib. 

Konkret olaraq "siyasi məhbus" adlandırılan məsələnin əvvəlki gərginliyi ilə gündəmə gəlməsi, ayrıca bir təhqiqat mövzusu kimi gündəliyə salınması ehtimalı yoxdur. 

Nəzərə alsaq ki, ölkəmizdə seçkilər kifayət qədər demokratik və Avropa standartlarına uyğun şəkildə həyata keçirilib, AŞ PA-nın, digər beynəlxalq təşkilatların müşahidəçiləri müsbət rəylərini açıqlayıblar, "siyasi məhbus" məsələsinin yenidən gündəmə gətirilməsi təbii qarşılanmalıdır. 

Yəni təkrar seçkilərdə bizi tənqid etmək üçün məqamlar az olduğundan bəziləri tərəfindən vurğunun "siyasi məhbus" məsələsinin üzərinə köçürülməsi cəhdləri müşahidə edilir. 

Bu da süni olaraq ajiotaj yaratmağa xidmət edir. Yəni artıq təkrar seçkilərdən sonra Azərbaycanı əvvəlki kimi tənqid etmək üçün başqa əsas qalmayıb. 

Seçkilərin normal keçirilməsi bizim dostlarımız üçün sevindirici amildirsə, bir növ Azərbaycanla bağlı daim tənqidi fikirlər söyləməyə alışmış adamlar üçün bu, belə deyil. 

Həmin şəxslər yeni situasiyaya uyğunlaşa bilmirlər. "Siyasi məhbus" məsələsi ilə bağlı müəyyən süni gərginlik yaradılması da bundan irəli gəlir. (31 may 2006-cı il)

…Qərbin az qala Azərbaycan hakimiyyətinin çox güclü opponenti kimi təqdim etdiyi, İlham Əliyev iqtidarının ciddi rəqibi kimi göstərməyə çalışdığı boykotçu müxalifət ideyası, fəlsəfəsi özü iflasa uğradı və bu tərəf artıq indiki hakimiyyətlə bərabər səviyyədə dəyirmi masa arxasında əyləşə bilməz. 

Yəni söhbət cəmiyyətin çox cüzi hissəsinin dəstəklədiyi müxalifət qüvvələrindən gedir. Ona görə Qərbin qəbul etdiyi formatda bu qüvvələrlə iqtidar-müxalifət dialoqundan söhbət gedə bilməz». (21 oktyabr 2008-ci il)

Hörmətli oxucular, bütün bunlar yuxu deyil, sabiq deputat, hazırda Milli Şura üzvü olan, öz keçmişini qamçılayan, öz-özünə opponentlik edən Gültəkin Hacıbəylinin (o vaxt hələ Hacıyeva idi) fikirlərdir. 180 dərəcə dəyişən fikirləri.... Özünüz nəticə çıxarın!

XƏBƏR LENTİ

«    Oktyabr 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 123456
78910111213
14151617181920
21222324252627
28293031