Məmur “uçurumu”, Azərbaycan dövləti və Nərmin...

Məmur “uçurumu”, Azərbaycan dövləti və Nərmin...
 
On yaşlı Nərmin günlərdir evindən yoxa çıxmışdı. Onu ailəsi xaric kimsə ciddi-ciddi axtarmırdı. Uzaq başı
axtarıldığına dair fon yaradılırdı. Efir fəaliyyətinin dayandırılmasını şiddətlə arzuladığım bir verilişdə
məsələ ictimailəşdi. Daha sonra qızcığazın yarısı yanmış meyiti tapıldı, evələrinə yaxın ərazidə. Məsələni
Cənab Prezidenti İlham Əliyev nəzarətə götürdü. Qısa zamanda cinayətin üstü açıldı.
Son dərəcə maraqlı proses getdi. Əvvəlcə söz çıxdı ki, bəs Nərminin əmisi və əmisi oğlu törədib bu qan
donduran cinayəti. Sonra bəlli oldu ki, elə deyil. Sən demə, Nərmin qırx yeddi gün ərzində kəndə, əqli
qusurlu, ata-anası ilə yaşayan, ana dilindən başqa rus və guya hətta ingilis dilini bilən biri tərəfindən
qaçırılıb. Balaca qız işgəncəyə məruz qalıb. Və guya onun haqqında televiziyada məlumat verilib deyə
adam qətli törədib, cənazəni yandırıb. Hər kəs deyir bu barədə məlumat efirə çıxarılmasaydı, uşaq qətlə
yetirilməzdi. Mənzərəyə baxın: Hadisəni törətdiyi bildirilən adam (o adamın, bu cinayəti törətməsinə
niyəsə şühəm var) saxlanılıb. Araşdırma zamanı tutulan şəxsin evinə ilkin baxış keçirməyi lazım bilməyən,
"məsuliyyətsiz” polis nəfəri saxlanılıb. İndi də hədəf teleaparıcıdır. Gülməli mənzərədir,deyilmi?
Adama sual edərlər, qardaşlar, siz bir cinayətin üstünü iki günə açacaq gücə malik idinizsə, niyə
ictimailəşməsinə qədər gözlədiniz? Niyə qıkınız çıxmadı o qədər zamanda? Bəlkə bir körpənin qanını
batırmaq hamı üçün ən sərfəli variant idi? Məsələyə mütləq dövlət rəhbəri qatılmalıydımı? Sual olunur
ki, hər işi bir adam görürsə, nəhəng bir komanda nəyə gərəkdir? Ya da nəylə məşğuldur? Nə isə...
...Deyək ki, məsələ heç ictimailəşməmişdi. Bəs indi səsini başına atan yerli məmurlar, Nərmini tapa
bilirdilərmi? Və ya ümumiyyətlə axtarırdılarmı? Bu mənada imam üçün ağlayanda yezidi də ağlamaq
gərəkdir yəni. Demək istəyirəm ki, ictimailəşməsəydi, uşağı kimsə axtarası deyildi.
Baş verənlər göstərdi ki, insanlar bir olanda, daha yüksəkdən fəryad edəndə səsini dövlətə eşidir. Bu
həm də o deməkdir ki, dövlətlə insanlar, vətəndaş arasında böyük uçurum var. İnsanlar fəryad etməsə
dövlət baba onu eşidə bilmir. Çünki arada uşurum var, məmur uçurumu...
Başqa bir məqam. Nərminin qatili məsələsində milləti və dövlətin ali rəhbərliyini bu "operativ” məmur
qrupu aldadır, ya yox görəsən? Çünki bu onların etmədiyi iş deyil.
Gəldik ən vacib məqama. Nərmini qətlə yetirənlər və ya yetirən onun dırnaqlarını dərindən tuturmuş.
Təbii ki, bu zorlama halını istisna etmir. Çünki dırnağı uzun olan və gücü yetincə müqavimət göstərən
adam cinayətkarı ələ verə bilərdi. Necə? Məsələn, caninin və ya canilərdən birinin üzündə atılan bir
cırmaqdan dırnaq arasında dəri sıyrıntısı qala bilərdi. Bu məhkəmə-tibbi ekspertizasının işinə ciddi
kömək olardı. O üzdən dırnaqlar dibdən tutulub. İndi bir sual da var. Sizcə bir əqli qüsurlu adam bu
qədər ağıllı ola bilərmi?..
Başqa bir məqam, tutulan şəxs valideynləri ilə bir evdə yaşayıb. Doğurdanmı iki adam, ata və ana bu
dəhşətli cinayətə göz yumub? Və ya doğurdanmı dəli oğullarının nəyləsə məşğul olduğunu, kimisə gizli
dam altında saxladığını anlaya bilməyiblər?
Hələ bir sual da var, az sayda evdən ibarət balaca kənddə, qırx yeddi gün əziyyət çəkən, döyülən bir
qızcığazın səsi heçmi eşidilməyib bircə adam tərəfindən? Bir dəli bir kənd adamı, rayon rəhbərliyini,
aldada biləcək qədər ağıllı çıxdımı?
Doğrusu bizim kənddə vərdişdir, nəinki adam, hətta hindən bir toyuq yox olsa, ilk dəli-dülünün, adı pisə
çıxanın evini axtararlar. Bu mənada niyə kiminsə ağlına gəlməyib o dəlinin evinə getmək?

Deyək ki, bir polis nəfərinin məsuliyyətsizliyi var məsələdə, olsun, bəs onun rəisi niyə geridönüş etmək
barədə tapşırıq verməyib əməkdaşına? Əlbətdə, nə vecinədir! Necə deyirlər əti ətindən, qanı qanından
deyil ki!
Ən vacib məsələ, Tovuzun yerli dövlət qurumları və onların rəhbərləri hər şeydən öncə insan, ana, ata,
nənə, baba olan adamlar, öz evlərinə necə gedib o qırx yeddi gündə görəsən? Evlərindəki qız balalarını,
nəvələrini necə qucaqlayıb, necə rahatlanıb, yatıblar?
Demək istədiyim bilirsinizmi nədir? Hər gün bir az vətən, vətəndaş, dövlət, millət sevgisi azalır. Və bir
təklifim var, vətəndaş, insan, ana, yazar kimi, lütfən son dərəcə sürətlə İSLAHAT DALĞASINI əyalətlərə
daşısın dövlət baba. Düzü bunu düşünə-düşünə neçə gündür balaca Nərminlə birgə dövlətin də gününə
ağlayıram. Görün nələrlə mübarizə gedir? Görün kimlərlə uğraşılır? Görün əyalətlərdə vəziyyət nə
yerdədir? Görün yerli məmurlar adamlarla dövlət arasında hansı uçurumu yaradıb? Görün
məsuliyətsizlik, qorxusuzluq, duyğusuzluq, yırtıcılıq, insafsızlıq, ədalətsizlik, vicdansızlıq, təssübkeşlik,
diqqətsizlik, ehtinasızlıq, özbaşınalıq hansı həddədir? Görün əyalət "kəndxudaları” dövlətin bünövrəsini
yerlərdə necə qazıyır, necə "yeyir”? Görün millət necə susqun, necə küskün, necə dibə çökmüş
vəziyyətdədir? Görün dövlətini sevən, siyasi liderinə simpatiyası olan adamlardan necə zorən müxalifət,
özü də radikal müxalifət düzəldir bir topa məsuliyyətsiz adam? Görün və məncə qorxmayın.
Azərbaycanda bu gün dövlətin islahat siyasətini dəstəkləmək, özünüzün olan hər şeyi qorumaq,
ayaqlarınızın üstündə yenidən durmaq üçün çox yaxşı şərait yetişib. Dövlət həm də əyalət boylanır gücü
yetdikcə. Əgər vətəndaş da dövlətini görmək istəyirsə, bunun bu ildən etibarən bir yolu qarşıdan gələn
seçkilərdə aktiv olmaqdan, istədiyini seçməkdən, arzusunu dövlətinə çatdırmaqdan keçir.
Doğrudur deyəcəksiniz ki, Allah Nərminə o balaca mələyə rəhmət eləsin, amin deyəcəm mən də sizlərin
hər birinə qoşulub. Amma bir məsələ var, biz özümüzə qayıtmasaq, özümüzü ələ alıb dövlətimizə sahib
çıxmasaq, islahatlar siyasətini əyalətlərə gətirməyə nail olmasaq, bəlkə də növbəti Nərmin elə bizim
evimizdə bəslədiyimiz qız cocukları olacaq.
Jalə Mütəllimova

OXŞAR XƏBƏRLƏR

Vəfat edən şəxsin pensiya kapitalının aqibəti necə olur? - AÇIQLAMA

“Pensiya yaşına çatmadan dünyasını dəyişən insanların pensiya kapitalı qanunla heç kimə verilməli deyil”.   Sfera.az bildirir ki, bunu qa...

Qripin ağciyərlərə vurduğu zərərin qarşısını alan dərman hazırlandı

Yeni hazırlanmış dərman qripin yaratdığı iltihabın səbəb olduğu ağciyər zədələnməsinin qarşısını ala bilib.   Sfera.az bildirir ki, qripə səbəb olan qr...

Gürcüstan parlamentində kütləvi dava düşdü

Gürcüstan parlamentində “Xarici agentlər haqqında qanun”un müzakirəsi zamanı səs-küylü insident yaşanıb.    Sfera.az bildirir ki, Gü...

Bakı və Belqrad arasında mühüm telefon danışığı

15 aprel 2024-cü il tarixində xarici işlər naziri Ceyhun Bayramov Serbiya Baş nazirinin birinci müavini, xarici işlər naziri İvitsa Daçiç ilə telefon danışığı a...

70 yaşlı məşhur amerikalı aktyor mərhum oğlunun fotosunu paylaşdı

70 yaşlı məşhur amerikalı aktyor Con Travolta mərhum oğlu Cettin xatirəsini ehtiramla yad edib. O, arxiv görüntülərini İnstaqramda paylaşıb.   Sfera....

Hakimin sinif yoldaşı olduğunu görüb göz yaşlarına boğulan məhbus - VİDEO

2015-ci ildə Artur But adlı şəxs oğurluqda ittiham olunaraq hakim qarşısına çıxıb. Hakimin orta məktəbdə sinif yoldaşı Mindi Qleyzer olduğunu anlayanda göz yaşl...