Məmmədyarov İrəvana getməkdən imtina etdi
16:16 / 16.11.2016
1711
Azərbaycan Şərq Tərəfdaşlığı ölkələrinin xarici işlər nazirlərinin İrəvanda keçiriləcək qeyri-rəsmi görüşündə iştirak etməyəcək.
Sfera.az xəbər verir ki, bu barədə AzVision.az-a Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Hikmət Hacıyev bildirib.
Qeyd edək ki, noyabrın 17-də İrəvanda Şərq Tərəfdaşlığı ölkələrinin xarici işlər nazirlərinin 8-ci qeyri-rəsmi görüşü keçiriləcək.
İrəvanda keçiriləcək görüşdə Aİ-nin Avropa Qonşuluq Siyasəti və Genişlənmə danışıqları üzrə komissarı Yohannes Han və digər avropalı rəsmilər iştirak edəcək.
Şərq Tərəfdaşlığının tərkibinə Azərbaycan, Ermənistan, Belarus, Gürcüstan, Moldova və Ukrayna daxildir.