“Məmməd Əmin Rəsulzadə. Qürbətdə Vətən davası. 1922-1943” kitabı “ nəşr olunub
Əsərdə M.Ə.Rəsulzadənin həmin dönəmdə Azərbaycan və Qafqaz mühacirəti daxilində gedən proseslərdə iştirakı, onun mühacirətin birliyinə nail olunması istiqamətindəki fəaliyyəti, eləcə də sovet rejiminə qarşı barışmaz və davamlı mücadiləsinin müxtəlif məqamları yeni faktlar əsasında araşdırılaraq, ilk dəfə olaraq Azərbaycan dilində oxuculara təqdim olunur.
Görkəmli diplomat, Cümhuriyyət və mühacirət tariximizinin tanınmış tədqiqatçısıRamiz Abutalıbovuntəşəbbüsü və Rusiya azərbaycanlılarının federal milli-mədəni muxtariyyətinin Federal Şurasının üzvüŞaiq Məmmədovundəstəyilə nəşr olunan kitabın elmi redaktoru Fransa Sosial Elmlər Ali Məktəbinin əməkdaşı, tarix elmləri doktoruGiorgi Mamulia, rəyçisi isə Egey Universitetinin professorYavuz Akpınardır.