Cəmİyyət

Məğlubiyyətdən sonrakı Almaniya: 74 ilə dodaq uçuran inkişaf - REPORTAJ

Məğlubiyyətdən sonrakı Almaniya: 74 ilə dodaq uçuran inkişaf - REPORTAJ
Almaniya Federativ Respublikasının (AFR) ilk kansleri olan Konrad Adenauer Fondunun Bonn şəhərində jurnalistlər üçün keçirdiyi seminar İkinci Dünya Müharibəsi və sonrası Almaniyaya həsr olunmuşdu. Dəvətlilər arasında mənimlə bərabər, Türkiyə, Suriya, İraq, Əfqanıstan, Rusiya və İran kimi ölkələrdən gələn, hazırda Almaniyada yaşayan həmkarlarım var idi.

Müharibə və sonrası Almaniyanın vəziyyəti ilə bağlı filmi izlədikdən sonra müzakirələrə başladıq.

Bakı nefti hesabına Sovet İmperiyasının müharibədə qələbə çaldığını həmkarlarımın dilindən eşitmək isə, mənim üçün çox xoş oldu.

Müzakirə yorğunluğunu  Bonn şəhərində yerləşən və Almaniyanın böyük müzeylərindən sayılan "Tarix evi”ni (Haus der Geschichte-almanca) ziyarət etməklə atdıq.

****

2000 illik tarixi ilə Bonn Almaniyanın ən qədim şəhərlərindən biri sayılır. Bonn və ətrafı tarixi abidələrlə zəngin olmaqla yanaşı müasirliyi də özündə cəmləyib. Bonn həm də muzeylər şəhəri sayıla bilər. Bu şəhərdə çoxlu sayda muzey yerləşir və onlardan ən məşhuru hər il 850 mindən çox insanın ziyarət etdiyi (Haus der Geschichte) "Tarix Evi”dir.

"Willy-Brandt-Allee 14" (53113 Bonn) küçəsində yerləşən muzeyə getmək isə olduqca asandır. Hətta Sieqburq və Bonn şəhər mərkəzi istiqamətində gedən metro ilə (U-Bahn) çox rahatlıqla muzeyə gedə bilərsiniz. Bonn və Köniqsvinter istiqamətində gedən metronun "Heussallee/Museumsmeile” stansiyasında düşüb birbaşa muzeyə daxil ola bilərsiniz. Bu da ziyarətçilərin rahatlığı üçün düşünülüb. Muzeyə giriş və şəxsi əşyalarınızın saxlanılması üçün anbar pulsuz təklif olunur.

Muzey 1945-ci ildən indiyə kimi bir çox dəyərli eksponatlara ev sahibliyi edir. 1986-ci ildə inşasına başlanılan muzey 1994-cü ildə birləşmiş Almaniyanın ilk kansleri olan Helmut Kol tərəfindən açılıb.

Muzeydə İkinci Dünya Müharibəsi və ondan sonrakı illərə aid olduqca qiymətli eksponatlar sərgilənir.

Burada çalışan bələdçilər sizə almanca və ingiliscə məlumat verirlər. Eyni zamanda muzeydə sərgilənən eksponatlar 1945-ci ildən indiyə kimi xronoloji ardıcıllıqla düzüldüyündən gəzərkən yorulmursunuz. Ən əsası isə, müasir Almaniyanın 74 ilə necə qurulduğunun şahidi olursunuz.musavat

XƏBƏR LENTİ

«    May 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031