Məleykə Abbaszadə: \"Dövlət qulluğuna qəbulu sadələşdirmək üçün işlər aparılacaq\"

Məleykə Abbaszadə: \

"Dövlət qulluğuna qəbul proseduru yenə də sadələşdirilməli, onun çevikliyi təmin olunmalıdır".

Sfera.az Trend-ə istinadən xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə "Azərbaycan dövlət qulluğu sistemində islahatların davam etdirilməsinə dəstək" adlı yeni Tvinninq layihəsinin rəsmi açılış mərasimində çıxışı zamanı deyib.

M.Abbaszadə bildirib ki, bu istiqamətdə ölkədə mühüm işlər həyata keçiriləcək: "Biz şəffaf seçim aparmaq üçün müvafiq hüquqi mühit yaratmışıq. Amma bu davam etməlidir".

DİM-in Direktorlar Şurasının sədri əlavə edib ki, əvvəlki illərdə insanlar iş tapmaq üçün yüksək məvacibi olan özəl sektorlara üz tuturdular, dövlət qulluğuna isə maraq göstərmirdilər. Amma son illərdə dövlət qulluğuna qəbul müsabiqəsinin şəffaf keçirilməsi, onun nüfuzunun artması dövlət qulluğuna qəbul üçün müraciət edənlərin sayının artmasına təsir göstərib.

M.Abbaszadə qeyd edib ki, Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrində əmək bazarında kifayət qədər vakansiyalar yaranırdı: "Lakin kadrlar həmin vakansiyaları tuta bilmirdilər. İnformasiya texnologiyaları üzrə vakansiyalar illərlə boş qalırdı. Bu problemlərin kökü sovet dövründən gəlirdi. Həmin dövrdə ali təhsilli gənclər təhsil aldıqları sahə üzrə səthi biliyə malik olurdular".

 

M.Abbaszadə deyib ki, sovet dövrünün təhsilinin məzmunu müasir tələblərə cavab vermirdi: "Ona görə əmək bazarına daxil olandan sonra gənclər müxtəlif dil və kompüter kurslarına müraciət edirdilər. Bu istiqamətdə son illərdə çox ciddi islahatlar aparılıb. Yeni ali məktəblər yaradılıb. Bu universitetlər təhsilin məzmununun müasir standartlara cavab verməsinə ümid verir. Təcrübəsi olan insanlar yeni ixtisasları mənimsəmək üçün ixtisasartırmaya müraciət edirlər. Burada təlim proqramlarının və prosesin müasir tələblərə cavab verməsi və standartalara uyğunluğu vacib məsələdir".

M.Abbaszadə əlavə edib ki, əmək bazarında iş yeri axtaranlar üçün tələblər sürətlə dəyişir. Ona görə də gənc nəsil əmək bazarındakı tələbata hazır olmalıdır.


OXŞAR XƏBƏRLƏR

Arzu etdiyi maşına görə avtosalonda barrikada qurdu

Argentinada bir kişi qeyri-adi piket keçirib.    Sfera.az bildirir ki, Abelardo Usandivaras adlı şəxs bir gün əvvəl beh verdiyi maşının ona veri...

Meymunun turistlərlə çəkdirdiyi selfi gündəm oldu - FOTO

İngilis turistlər Chloe və Craig Dennis İndoneziyanın Bali adasında tətildə olarkən rastlaşdıqları meymunun hərəkətindən şoka düşüblər.   Sfera.az bi...

Ağır xəstə olan Selin Dion çılpaq poza verdi - FOTO

Əzələ sərtliyi sindromu diaqnozu qoyulan Selin Dion səhnəyə qayıtmaq ümidini itirmir. 56 yaşlı kanadalı müğənni xəstəlik diaqnozu qoyulduqdan sonra ilk dəfə çək...

Qadının yaşına lağ etdi: Xəstəxanalıq oldu

Mançesterdə (Böyük Britaniya) 39 yaşlı Emmi Dodd gecə klublarının birində kişiyə hücum etdiyi üçün şərti cəza alıb. Hadisə ötən il sentyabrın 9-da baş versə də,...

Kanye Uest öz fantaziyası ilə ictimaiyyəti ŞOKA SALDI

Daim çıxışları və hərəkətləri ilə hər kəsi şoka salan reper Kanye Uestin adı bu dəfə növbəti qalmaqala qarışıb. Hələ bu yaxınlarda əkiz qardaşlarla davanın skan...

Bu halda saçınızın tökülməsi normal sayılmır - Ekspertdən keçəlliklə bağlı TEST

Həyatın müəyyən dövrlərində hər kəs həddindən artıq saç tökülməsi ilə qarşılaşa bilər.   Sfera.az bildirir ki, rusiyalı həkim Tatyana Şapovalenko tərəf...